ABŞ səfirliyindən Şuşa səfərindən imtina ilə bağlı suala CAVAB

abs sefirliyi bakida

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirlərinin diplomatik korpusun tərkibində Füzuli və Şuşaya səfər etməməsi etirazlara səbəb olub.

Səfirliklərdən imtinanın səbəbləri barədə hər hansı mövqe açıqlanmayıb. ABŞ-ın ölkəmizdəki səfirliyi Musavat.com-un mövzu ilə bağlı sualını cavablandırıb. "Səfir Litzenberger hökumətin 9 iyul tarixində Şuşaya səyahət dəvətindən niyə imtina etdi?", sualına cavabda bildirilir: "Səfirin cədvəli və ya onun müəyyən tədbirlərə qatıla bilməməsinin səbəbləri ilə əlaqədar təfərrüatları şərh etmirik.

Qeyd etmək istəyərdik ki, Bakıda cümə günü Füzuli və Şuşaya gedə bilməyən bir sıra diplomatik missiyanın nümayəndələri var idi".

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər