Sumqayıt Baş Gömrük İdarəsində “invoice” saxtakarlığı – FOTOFAKT

Bezy-myanny-j-copy-22-300x102.jpg

Vəzir Həsənov Xaliq Abbasova bu ilin birinci rübündə 2,5 milyon ABŞ dollarını dövlətdən gizlətməyə yardım edib?

Mayın 19-da Qafqaznews.az saytında “Mikayıl İsmayılovun şin biznesindəki yaxın adamı kimdir?” başlıqlı yazı dərc olunub. Məqalədə deyilir: “ Bu günlərdə adı Mikayıl İsmayılovun biznes şəbəkəsində hallanan daha bir iş adamı – Xaliq Abbasov haqqında Qafqaznews.az-a məlumatlar daxil oldu. Mənbə bildirir ki, “Şurataz LTD”nin rəhbəri Xaliq Abbasov Mikayıl İsmayılovla yaxın dost olduğu üçün iki ildir SOCAR-ın nəqliyyat idarəsinə baha qiymətə şin satır, nəticədə milyonlarla manat pul qazanır. Qeyd edək ki, şirkətin rəsmi saytı “shurataz.az”da şirkətin sahibi Xaliq Abbasov haqqında heç bir məlumat yoxdur.1459332597_2

“İki ildir SOCAR-ın Nəqliyyat İdarəsini müxtəlif avtomobil şinləri ilə təmin edən “Şurataz LTD” əslində, məhsulu dövlətə 80-100 faiz baha qiymətə satır.

bbb-026-1Məsələn, 315-80R-22,5 ölçülü şinin bazar qiyməti 300 manatdır, lakin bu, SOCAR-a 500 manata satılır. Bu cür bir çox nümunə təqdim edə bilərik. Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verir və vergilərdən yayınır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, lakin Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir. Bundan başqa, X.Abbasovun “İFO Tire LTD” adlı bir şirkəti də var. O, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda  “İFO Tire” LTD  ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”, – deyə mənbə bildirib. Yazıda həmçinin qeyd olunur ki, Mənbənin sözlərinə görə, Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var: “Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib. Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur. Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib”.

Mayın 20-də araşdırmalarımızı davam edərək, bir sıra yeni məlumatlar və fotofaktlar əldə etdik.Redaksiyamıza “İFO Tire” LTD şirkətinin adına Sumqayıt BGİ-nə gətirilən malların “invoice” sənədlərindən bəzilərinin (“Goodyear” və “Lanvigator” şirkətlərinin istehsal etdiyi məhsullar üzrə red.) surəti göndərilib. Bu ilin birinci ayında gn malın “İnvoice”inin üstündə “İfo Tire” LTD yazılmasa da, hüquq mühafizə orqanlarına bu hesabatın hansı şirkətə məxsus olduğunu örgənmək çətin olmayacaq. Çünki, malın siyahısı və dəyəri invoysda göstərilib. “İnvoice” hesablamasında zavodun qiymətləri karandaşla qeyd olunub, lakin içəridə göstərilən qiymətlər Xaliq Abbasov tərəfindən azaldılan qiymətlərdir. Çox güman ki, Xaliq Abbasov invoysda malın zavod qiymətini azaltmadan əvvəl Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənovla əvvəlcədən razılaşıb.bbb-048

Çünki, bu, birbaşa Xaliq Abbasov tərəfindən törədilən cinayətdir və onun əməlinə Sumqayıt BGİ-nin rəhbərliyi göz yumub. Hətta, burada ortaqlıq barədə şübhələr də istisna deyil. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, “IFO Tire” LTD şirkətinin təsisçisi Məhərrəmov İslah Siyafər oğludur. Oxucuda sual yarana bilər ki, onda Xaliq Abbasovun bu işə nə aidiyyatı var? Biz bunu da araşdırdıq: Məhərrəmov İslah Siyafər oğlu “IFO Tire” LTD şirkətinin təsisçisi olmaqdan savayı, həm də “Şurataz LTD” MMC də şirkət sahibi və baş direktor Xaliq Abbasovun birinci müavinidir. Yəni, Xaliq Abbasov özünün “yedək” şirkətinin rəsmi rəhbərliyini məhz özünün “Şurataz”dakı müavininə tapşırıb.
13250313_1716700188589851_1559241702_nBirinci “invoice” sənədində tam aydın görünür ki, zavod qiymətinin ümumi məbləği 77 min 168 dollar olduğu halda, invoysda 49 min 550 dollar göstərməklə 27 min 617 dollar (və yaxud dolların bugünkü məzənnəsi lə 41 min 425 manat) məbləğində malın invoysunu azaldaraq vergidən yayınma faktı var. 13277964_235032463536821_843187987_nMəlumat üçün onu da bildirək ki, dolların məzənnəsi yanvar ayında 1 manat 79 qəpik təşkil edirdi. İkinci invoysda isə ümumi qiymət 35 min 460 dollar təşkil edir, bu da zavod qiymətindən 5 min 261 dollar azdır. Yəni zavod qiyməti 40 min 722 dollar təşkil edir. Beləliklə, Xaliq Abbasovla İslah Məhərrəmov 5 min 261 dollar və yaxud da, 7 min 891 manat məbləğində malın rəsmi “invoice”ini azaldaraq saxtakarlıq yolu ilə vergidən yayınıblar.

Yazı çapa gedərkən Qafqaznews.az-a qaynar məlumatlar daxil oldu. Birinic məlumatda bildirilirdi ki, dünənki yazıdan sonra Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənov bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinə çağırılıb və səkkiz saat ərzində DGK rəhbərliyi tərəfindən dindirilib. İkinci məlumatda isə bildirilir ki, “İfo Tire” LTD şirkəti “Şurataz LTD” MMC şirkətinə təkcə bu ilin birinci rübündə 68  konteyner mal göndərib. Nəticədə isə, dövlətdən nə az-nə çox, 2 milyon 440 min ABŞ dolları gizlədilib. Azərbaycan iqtisdiyyatının çətin günlər yaşadığı, ölkə daxilində valyuta dövriyyəsinin əhəmiyyət daşıdığı bir zamanda, bəzi şəxslərin dövlətdən pul gizlətməsi, gəlirlərini isə müxtəlif vasitələrlə xaricə “daşıması” yolverilməzdir. Xüsusilə də, bəzi gömrük məmurlarının özbaşınılığı bir qrup işbazdan başqa, həm sahibkarların, həm də sadə vətəndaşların sosial-iqtisadi vəziyyətini çətinləşdirməyə xidmət edir. Biz, bu faktları əldə edib ictimailəşdirdik.

Törədilmiş cinayətə hüquqi qiymət vermək isə hüquq mühafizə orqanlarının işidir. Bu faktlara obyektiv hüquqi qiymət verilərsə, ən azından Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənovun tutduğu vəzifəsindən azad olunacağı şübhə doğurmur.

Tamerlan Zeynallı

Qafqaznews.az

Əlaqəli xəbərlər