Lerikdə tibb işçiləri etiraz aksiyası keçirdi - NARAZILIQ!

1631628478 1503499578 lerik"14 sentyabr 2021-ci il tarixdə saat 9:00 radələrində Lerik rayonunun tibb işçiləri rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin qarşısındakı H.Əliyev meydanına yığışaraq aksiya keçirdiblər. İşçilərin aksiyaya keçirməsinə səbəb Lerik Rayon Məhkəməsinin hakimi Atəbəy Kiçikbəyovun xəstəxananın cərrahı Asəf Abdullayevdən rüşvət alaraq qanunsuz qətnamə çıxardaraq rayon üzrə bütün tibb işçilərinin əmək haqlarına dayandırılması ilə bağlı olmuşdur". Bu barədə DİA.AZ-a göndərilən məqaləıdə deyilir.

Məqalədə daha sonra bildirilir: "Məsələ ilə əlaqədar xəstəxananın kardioloqu Kamran Cahangirovla (050-429-46-34) əlaqə saxladıq. O, bildirdi ki, Asəf Abdullayev ötən il rayonda icbari tibbi sığorta tətbiq edilməyə başanan dövdən əvvəli illərdə işlədiyi vaxtlarda əmək haqqısının dügün hesablanmaması ilə bağlı Lerik Rayon məhkəməsində iddia qaldırmışdı. İddianın heç bir əsası olmamasına baxmayaraq hakim ona hesablanacağ borc məbləğinin 30 faizi həcmində qabağcadan rüşvət tələb edərək müvafiq qərar qəbulk edəcəyini bildirmişdi. 30 min manatdan söhbət gedir. Bu absurt rəqəmdir... Sonradan səhiyyə şöbəsinin rəhbərliyi dəyişmiş, həmin posta gözü olan şəxslərin müəssisə daxilində intiriqaları başlanmışdır. Asəf hakimin təklifini qəbul etmiş, kredit götürərək ona tələb etdiyi məbləği qabağcadan ödəmişdir. Rayonun səhiyyəsinin başına keçmək arzusunda olan xəstəxananın kadrlar şöbəsinin müdiri Şahverdi Hüseynov Asəfə kömək edərək, əvvəlki illərin bəzi sənədlərini saxtalaşdırmaqla ona adidiyyəti olmayan, cərraha aid olmayan digər şöbələrdə əlavə iş saatları yazmışdır. Hakim Atabəy Kiçikbəyov həmin dövrlər üçün xəstəxananın baş mühasibi işləmiş Vəli Vəliyevi çağıraraq məhkəmənin qərarının icarsını onun üzərinə yönəldəcəyini demiş və ondan da külli miqdarda rüşvət almışdır. Sonradan hakim öz rüşvət limitini doldurduqdan sonra hökm çıxardaraq xəstəxana üçün Asəf Abdullayevə ödənilməli olan 30 min manatdan cox borc çıxartmışdır.Bu borcu rayonun tibb işçilərinin əmək haqqı fonduna yönəltmişdir. Neçə aydır ki tibb işçiləri əmək haqlarını ala bilmirlər. Lerik RMX Publik hüquqlu şəxsin direktoru Maqsud Ağayevə dəfələrlə demişik, cavabında “mən necə dolana bilirməmsə siz də gedib elə dolanın” deyib. Bu səbəbdən bu gün etiraz aksiyası keçirmək məcburiyyətində qalmışlar. Onun dolanmaq mənbəyi bəllidir o, qeyri qanuni xəstə qəbulu, kadrların rəisi və onun qudası Aptek Asəflə əl-bir olub dövlət tərəfindən verilmiş dərmanların, morfin, travmadol kimi preparatların gizli satışı ilə dolanır. Ucqar dağ kəndində yaşayan tibbi bacısı, qardaşı ölməlidir? Biz banklara kredit borclarımızı belə ödəyə bilmirik. Aksiyada deyəcək çox sözümüz vardı. Rayonun icra hakimiyyəti məsələyə qarışdı aksiyanı susdurdu. Bir neçə günə problemlərimizin həllinə söz verildi. Amma heç inanmağım gəlmir. Əllərimizdə dediklərmin subutu olan səs yazıları digər faktlar var".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər