Bibiheybətdəki “Balıq evləri” vətəndaşları necə soyur?- Menyuda balığın qiyməti 18 manat fərqlə göstərilir

7DF2A90E 0CD3 46F6 9D5D C7F047BDBAD6Bibiheybətdəki balıq üzrə ixtisaslaşan restoranlarda əhalinin kütləvi aldadılması prosesi həyata keçirilir. Azinforum.az-ın əməkadaşı bu narazılıqlardan birini yerindəcə araşdırıb.

Həmin ərazidə yerləşən “ Bülbül” adlı restoranın menyusundakı qiymətlərə diqqət edək. Məsələn, balıqların birinin qiyməti 8-25 manat kimi göstərilir. Müştəri iki balıq sifariş edirsə, restoran bu qiymət arasında ürəyi istədiyi qaydada hesablama aparır. Buna etiraz edəndə, “bizdə belədir” – cavabı verilir.

Restoran qiyməti balıqların böyüklüyünə görə müəyyən edirsə, onda niyə hər bir balığın çəkisini və qiymətini ayrılıqda yazıb təqdim etmir? Cavab aydındır. Elə olanda müştəri daha kiçik ölçülü balıq sifariş edir və hesablamanı dəqiq apara bilir ki, bu da restorana sərf etmir.

Azinforum.az restorandakı qiymət özbaşınalıqları ilə bağlı fotoları təqdim edir. Ümidvarıq ki, İqtisadiyyat Nazirliyi bununla bağlı müvafiq araşdırma aparacaq və müştərilərin kütləvi aldadılmasına son qoyacaq.

Çinarə SEYİDOVA,

Azinforum.az

Əlaqəli xəbərlər