Ermənistan parlamentində yalançı vətənpərvərlik ŞOUSU - DETALLAR

1631774445 erme

Sentyabrın 15-də hökumət saatı zamanı Ermənistan parlamentinin iclasında "Ermənistan" müxalifət blokunun deputatı Kristine Vardanyan Kəlbəcərdən qaçan  bir qızın məktəbin divarında qeyd etdiyi yazını Baş nazirə və parlamentin üzvlərinə oxuyub.

araz.az xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.

Mənbə yazır ki, deputat bu mesajı oxumazdan əvvəl, qızın divar önündə çəkilən fotosunu göstərib.

“Lənət olsun, türkün itləri və erməni xainləri! Həzm etməyəcəksiniz!”- yazıda deyilir

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamenti imtina etdi: “Azərbaycanın polis postu müzakirə edilməyəcək”

"Düşünürəm ki, bu mətndə ən vacib olan son iki sözdür: “həzm etməyəcəksiniz". Və bəli, həzm etməyəcəksiniz. Bütün bunların sizin üçün heç bir nəticəsi olmadan keçməyəcəyini özünüz çox yaxşı bilirsiniz.

Bizə lazım olandan bir az çox yalan danışa bilərsiniz, amma hər şeyə mütləq cavab verəcəksiniz” deyə deputat hökumət üzvlərindən heç bir cavab gözləmədən fikirlərini yekunlaşdırıb.

Parlamentdə doğrudan da ona heç kim cavab verməyib.


araz.az xəbər portalı.

Əlaqəli xəbərlər