Gəncə terrorunun qurbanları acınacaqlı durumda: - İcra başçısı da müraciətə cavab vermir

1631864051 nyaz

44 günlük Vətən müharibəsi dövründə ermənilərin 2020-ci il oktyabrın 17-də Gəncəni raket atəşinə tutması nəticəsində evləri dağılan sakinlər hələ də acınaqlı vəziyyətdədir. Evləri dağılan zərərçəkənlər hələ də nə ev əşyalarına görə kompensasiya alıblar, nə də evləri tikilib təhvil verilib.

araz.az  Bizimyol.info-ya istinadən  xəbər verir ki, bununla əlaqədar həmin sakinlərdən bir neçəsinin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edib. Vəkilin sözlərinə görə, icra başçısına sözügedən müraciətin ünvanlanmasından bir aydan çox vaxt keçir, amma qarşı tərəfdən heç bir reaksiya yoxdur: "İcra başçısına məktubu avqusun 13-də göndərmişəm. Hüquqlarını müdafiə etdiyim şəxslərin evləri erməni qəsbkarlarının raket hücumu nəticəsində tamamilə dağılıb, ev əşyaları tamamilə məhv olub. Üstündən bir ilə yaxın vaxt keçir. Ev əşyalarına görə kompensasiya verilməsi, evlərinin tikintisi tamamilə dayandırılıb. Hüquqlarını müdafiə etdiyim şəxslər kirayədə dözülməz vəziyyətdə yaşayır".

Vəkil deyir ki, müraciətinin nəticəsilə maraqlanmaq üçün üç dəfə Gəncəyə gedib, icra hakimiyyətində olub. Amma icra hakimiyyətindən cavab ala bilməyib: "İcra Hakimiyyətindən məktubun taleyi ilə bağlı bir söz deyə bilmədilər. Bu işlə bağlı ilk iki dəfə Gəncəyə gəlməyimi ictimailəşdirməfim. Bunun da səbəbi Niyazi müəllimin əvvəllər vəkillik fəaliyyəti göstərməsinə hörmət əlaməti idi. Niyazi Bayramov Vəkillər Kollegiyasının üzvü olmuş şəxs kimi, vəkilin müraciətinə bu cür biganə yanaşırsa, sadə Gəncə sakinlərinin durumu haqda nə düşünək?"

Vəkil Əziz Qəmbərov bir daha media vasitəsilə Gəncənin icra başçısına müraciət edərək, onu qəbul etməsini istəyib.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər