"Mitinqlərə start verilib böyük etiraz aksiyaları keçirilməsinə cəhdlər ediləcək" - Tanınmış hüquqşünas hakimiyyətə SƏSLƏNDİ

1631956260 0001 1

Ac-yalavac xalqı suverenlik, azadlıq şüarları ilə sakitləşdirmək olmaz, xalq həmin şüarlardan bezib

“Hakimiyyət rəsmilərinin nəzərinə! Bu xəbərdarlıq sizə olan sevgimdən yox, dövlətimə olan məhəbbətimdən irəli gəlir, ona görə sizi də yaxşı tanıyıram və görürəm ki, siz də dövlət məsuliyyətini tam anlamırsınız. Yadınızdadırsa, ilin əvvəlində yazmışdım ki, bu il Azərbaycanın həqiqi mənada suveren dövlət olması üçün həlledici il olacaq. Payızda hadisələrin gərginləşəcəyi və ölkədə hakimiyyət dəyişikliyinə cəhd olacağını yazmışdım. Bu gün keçmişlərdən birinin müsahibəsini oxudum və dediklərimin artıq reallaşması istiqamətində daxildə işlərin getdiyini gördüm. Vaxtilə bir-biri ilə qanlı düşmən olan iri fiqurlar artıq bir-birilərinin dost olduqlarını bildirir, ətraflarını birləşdirib, ölkə Prezidenti İlham Əliyevə qarşı mübarizə elan edirlər. İndi isə yaxın zamanlarda baş verəcək hadisələri və onun fəal iştirakçılarından danışım. Yaxın zamanlarda tədricən xırda yürüş, mitinqlərə start verilib böyük etiraz aksiyaları keçirilməsinə cəhdlər ediləcək. Bu məqamda xüsusilə 2 hal əsas kimi götürüləcək. Vətəndaşların ağır iqtisadi vəziyyəti və Qarabağda baş verən hadisələr. Hesab edirəm ki, Qarabağla bağlı Böyük sülh sazişinin bağlanması da məhz buna görə yubanır”.

araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Çoxlarının əsas düşmən kimi qəbul etdikləri Ermənistan bu məsələdə sadəcə vasitə olacaq. Əgər Ermənistanın özündən asılı olsa hakimiyyət bu gün Böyük Sülh Sazişi bağlayar. Məhz buna görə də yaxın zamanlarda Ermənistanda Köçəryanın başçılığı ilə kütləvi aksiyalara başlanacaq. Azərbaycanda stabilliyi pozmaq üçün fəal iştirakçılar və onların məqsədi haqqında. Əsas iştirakçı Rusiya və İran olacaq. Rusiya Azərbaycanın güclü, müstəqil dövlət olacağı təqdirdə Qafqazda mövqeyini itirəcəyini, Türkiyənin onun yerini tutacağını bilir və bununla heç cür razılaşmaq istəmir. Vətən Müharibəsi Rusiyanın bütün ümidlərini puça çıxartdı. O, bu müharibədə Paşinyanı devirib yerinə Köçəryanı oturdacağını, Dağlıq Qarabağı keçmiş vəziyyətdə saxlayacağına ümid etsə də heç birinə nail olmadı. İran Azərbaycanın güclü, müstəqil Dövlət olmasını özünə təhlükə sayır və ərazi bütövlüyünün pozulacağından narahatdır. Hər iki ölkə Azərbaycanda olan güclü dayaqlarını birgə hərəkətə gətirəcək ki, hadisələri istədikləri məcraya yönəltsinlər. ABŞ və Avropa Dağlıq Qarabağ probleminin həllində kənarda qaldığını, Türkiyənin burada güclənən mövqeyini həzm edə bilmir və hadisələri öz nəzarətinə götürmək istəyir. Bunun üçün insan hüquq və azadlıqları adı altında öz nəzarətində olan qüvvələrini səfərbər etməklə hakimiyyəti öz istəyinə məcbur etmək istəyəcək. Adlarını çəkdiyim qlobal qüvvələr hər biri öz maraqlarını təmin etmək üçün birgə hakimiyyəti zəiflətmək, istəklərinə nail olmağa görə ölkədə stabilliyi pozmağa cəhd edəcəklər. Bunun üçün də ölkədəki dayaqlarını hərəkətə gətirəcəklər. Bu istiqamətdə də iqtidarlarını itirmişlər, var-dövlətdən məhrum olmuşlar, hakimiyyət, var-dövlət naminə hər addımı atmağa hazır olanlar onlarla müttəfiq olacaqlar. Ac-yalavac xalqı suverenlik, azadlıq şüarları ilə doyuzdurmaq, sakitləşdirmək olmaz və bu artıq onlar üçün maraqlı da deyil. Bu Xalq artıq həmin şüarlardan bezib” – A.İsmayılov qeyd edib.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər