Astara Təhsil Müdirindən növbəti rəzalət: YOXSUL QADINI ALDADARAQ, PULUNU MƏNİMSƏYİB!

WhatsApp Image 2021 09 25 at 12.02.44

Astara, ucqar və gözdən-könüldən uzaq bir bölgə olduğu üçün, burdakı məmurlar "dərə xəlvət, tülkü bəy" prinsipinə uyğun hərəkət etməkdən çəkinmirlər.
"Təhsil Araşdırmalar Mərkəzi"ndən araz.az-a daxil olan məlumat da, bunun daha bir təsdiqidir. Açıq-aydın görmək olur ki, doğrudan da, Astara təhsilinin rəhbəri Rəşad Həsənov, son vaxtlar etdiklərinə görə, demək olar ki, "ən populyar təhsil müdiri" adını qazanıb. Onun adı, indiyədək "qaranlıq" çox işlərdə hallanmaqdadır -- işdən çıxartma, maxinasiya, rüşvət və s.
Amma bir müddət öncə, elə bir hadisə aşkara çıxdı ki, etdikləri bunun yanında "toya gedəsi oldu". Konkret desək, onun, YOXSUL VƏ HİMAYƏSİNDƏ ŞİKƏST UŞAĞI OLAN BİR QADINI aldadaraq, ona "artdığından" da ictimaiyyət xəbər tutdu.
Məlum hadisənin tam olaraq belə baş verdiyi ortaya çıxdı: Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərovanın dərs saatı kəsilib və pul müqabilində başqasına verilib. Biçarə qadın da, dərs saatının qayıtması üçün kredit götürüb və Həsənov ondan 200 azn və 1 balon bal alıb. Amma nə dərs saatı qayıdıb, nə pul, nə də bal...
Təhsil müdiri tərəfindən, yoxsul, ərsiz, himayəsində şikəst uşağı olan bir qadının aldadılıb, pulunun, balının mənimsənilməsinin adını özünüz qoyun! Bizsə, yalnız onu deyirik ki, bu, əsl biabırçılıq və rəzalətdir.
Astara təhsil müdiri zənn edib ki, 200 azn və 1 balon balla, o, "qabağa düşüb", əslində isə, bu, onun yenə "dala düşməsinə" daha bir ciddi səbəbdir... Belə görünür ki, o, nədən qaçsa da, bu səhvdən qaça bilməyəcək. Çünki həmin xanım müəllimə verdiyi yeni açıqlamasında, Həsənovun ondan rüşvət aldığını bir daha cəsarətlə bəyan edib və səsinə səs verilməsini, problemin mediada işıqlandırılmasını xahiş edib.
Dəyərli oxucularımızın diqqətinə çatdırırıq ki, bu
məşum hadisə barədə, "Təhsil Araşdırmalar Mərkəzi" də, öz əməkdaşlarının hazırladığı sujeti "isti-isti" ölkə mediasına təqdim edib. Həmin süjetlə, bu link vasitəsilə daha ətraflı tanış olmaq mümkündür:

https://www.youtube.com/watch?v=V0XX-gd1S6o

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər