Britaniya ərzaq çatışmazlığına görə təcili yardım istəyib

1632512942.2845

Braziliya Prezidenti Jair Bolsonaru Böyük Britaniyanın baş naziri Boris Consonun ona ərzaq tədarükü çatışmazlığı ilə əlaqədar “təcili” müqavilə bağlamasını istədiyini deyib.

Bolsonarunun sözlərinə görə, Conson bu tələbi ölkənin kənd təsərrüfatı naziri Teresa Kristinaya çatdırıb.

Son həftələrdə təbii qaz qiymətlərinin artması səbəbiylə Britaniyadakı bəzi gübrə zavodları bağlanıb, nəticədə pivə və qazlı içkilərə qaz əlavə etmək, quş və donuzları kəsməzdən əvvəl lazım olan CO2 çatışmazlığı yaranıb.

Britaniya hökuməti ət və quş çatışmazlığının qarşısını almaq üçün təcili hökumət dəstəyini artırıb və qida istehsalçılarına karbon qazının qiymətlərinin 400 % artımasına hazır olmaları ilə bağlı xəbərdarlıq edib.

Bolsonarunun dediyinə görə, Conson Britaniyadan viski idxalını da artırmağa kömək istəyib.

Mənbə: Gazeta.ru

Əlaqəli xəbərlər