Serj Sarkisyanın Baden-Badendə kazinoda 100 milyon dollar uduzması ilə bağlı iddialar araşdırma üçün istintaqa göndərilib

1633706835 dunya

Ermənistanın Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın Baden-Baden kazinolarında 100 milyon dollar uduzması ilə bağlı məsələni araşdırır.

araz.az-ın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatlar artıq xüsusi istintaq xidməti tərəfindən araşdırılır.

Baş Prokuroruluq məlumatların araşdırılması üçün daha əvvəl polisə müraciət etsə də cavab almayıb.

Qeyd edək ki, Ermənistan parlamentinin avqustun 25-dəki iclasında "Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər