“Media əxlaqından kənarda jurnalistika yoxdur”-Natiq Məmmədli

natiq memmedli5 1“Hər yerdə olduğu kimi Azərbaycanda da medianın əsas məsələsi ona cəmiyyətin inamıdır. Mediaya inam isə media əxlaqı ilə birbaşa bağlıdır. Media əxlaqından kənarda jurnalistika olmur, olarsa, bu, kobud propoqanda vasitəsidir, jurnalistika deyil”. Bu barədə Medianın İnkişafı Agentliyinin bu gün Zoom platforması üzərindən təşkil etdiyi “Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” adlı konfransda Agentliyin şöbə müdüri Natiq Məmmədli bildirib.

N.Məmmədli bildirib ki, dünyada beynəlxalq hüquq və digər humanist dəyərlər kimi jurnalistika standartları da böhran keçirir və biz bunun Azərbaycana münasibətdə, xüsusən də 44 günlük Vətən müharibəsi zamanı bir daha şahidi olduq. “Ötən əsrin 70-ci illərində Amerika medaisında formalaşmış “qonzo jurnalistika” jurnalistikanın bütün prinsiplərini rədd edirdi, yalnız subyektiv mülahizələrlə əsaslanır, peşə etkisanı saya salmırdı. Biz Vətən müharibəsi zamanı “WarGonzo kanalı”nın və yalançı Peqovun timsalında belə bir dezinformasiya maşının Azərbayacana necə çamur atdığını gördük”, - deyə N.Məmmədli bildirib.

Onun sözlərinə görə Azərbaycan jurnalistləri ölkəmizə yönələn təhdidlərə cavab verəndə də məhz peşə etikasına istinad etməlidirlər. 

“Hüquqi məsuliyytədən fərqli olaraq əxlaqi məsuliyyət insan tərəfindən dərk olunmuş, daha geniş spektri əhatə edən və mədəni səviyyə ilə bağlı olan məsuliyyətdir. Jurnalist media əxlaqını anlamır və ya prinsipləri pozursa o, həm media cameəsi, həm də cəmiyyət tərəfindən ictimai qınağa tuş gələ və reputasiyasını korlaya bilər”,- deyə N.Məmmədli qeyd edib.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər