Paşinyanla Xankəndi ilə bağlı razılıq ƏLDƏ EDİLDİ – Ermənistan AYAĞA QALXDI

1635091579 xankendi 768x403 1

Azərbaycan da vaxtilə Ermənistanda bu gün baş verən proseslərə şahidlik edib- hətta aran Qarabağda doğulan birini xarici işlər naziri təyin edəndə müxalifət ayağa qalxmışdı ki, “bəs, hakimiyyət qarabağlının əli ilə torpaqları təhvil verir…”

Rusiyanın vasitəçiliyi ilə imzalanacağı gözlənilən yeni sənədlərin təfərrüatı haqda hələ net bilgilər olmasa da, erməni müxalifəti mitinqlərə qərar verdi. Bəlkə də düçünmək olardı ki, qeyri-adi heç nə baş vermir. Hər ölkədə müxalifətin işi hakimiyyəti tənqid etmək, ona qarşı sivil yollarla mübarizədir. Amma nə Ermənistan sivil dövlətdir, nə onun müxalifətinə rəhbərlik edənlər normal düşüncəli adamlar…

Ermənistanın ikinci prezidenti Robert Koçəryanın rəhbərlik etdiyi müxalif “Hayastan” bloku mitinq qərarını belə izah edir: “Bu hakimiyyət erməni xalqının və dövlətçiliyin maraqlarına xidmət etmir.” Müxalifət bloku hazırkı hakimiyyətin Ermənistanın yeni ərazilərini Azərbaycana verəcəyindən narahat olduqlarını qeyd edirlər. “Biz inanırıq ki, baş verənlər yeni təslim sazişi olacaq, yəni Ermənistan yeni güzəştlərə gedəcək. Bunun qarşısını almaq üçün ümumerməni qüvvələr tərəfindən milli müqavimət formalaşdırılmalıdır ki, bütün dünyaya, o cümlədən indiki şər hakimiyyətinə ölkəmizdə müqavimət olduğunu, xalqımızın bu proseslə razılaşmadığını və mübarizəyə çıxdığını göstərək” deyə, erməniləri küçələrə səsləyirlər. Köçəryan bloku “Türkləşməyə yox, ermənilərin Qarabağdan qovulmasına yox!” şüarı altında milli müqavimət təşkil etməyi düşünürlər.

Hakimiyyətin parlementdəki nümayəndəsi “heç kim ərazilərdən imtina etmək fikrində deyil. Əgər biz sülh istəyiriksə, bu o deməkdirmi ki, biz ərazilərdən imtina edirik? Müharibə istəyiriksə, əraziləri alırıqmı? Sadəcə maraqlıdır, onlar müharibə istəyirlər, yoxsa sülh? Onların yeri küçədir, qoy küçələrə çıxıb küçələrdə döyüşsünlər, heç kim onların yanında durmayacaq” deyə, cavab verib.

Gizlətməyib mənası yoxdur- Azərbaycan da vaxtilə belə proseslərə şahidlik edib. Hətta yadımdadır ki, aran Qarabağda doğulan birini Azərbaycanın xarici işlər naziri təyin edəndə müxalifət ayağa qalxmışdı ki, “bəs, hakimiyyət qarabağlının əli ilə torpaqları təhvil verir”. Və yaxud hansısa mühüm görüş ərəfəsində bu cür iddialar ortaya atılıb, hansısa ərazi güzəştləri olacağı ətrafında mitinqlər təşkil edilib. Situasiya oxşar olsa da, indi şərtlər dəyişib-ermənilərin anlamadığı budur! Elə o zaman da anlamırdılar,işğal olunmuş bir qarış torpağı geri verməyəcəklərini deyirdilər, Azərbaycanı qarşısında ən ağır şərtlər qoyurdular. İndi yerlər dəyişib, şərtləri biz diktə edirik, amma ən əsası ermənilərin ağalıq etdiyi bir dünya YOXDUR artıq! Bu gerçəkliyi anlaya, daha doğrusu qəbullana bilmirlər.

Köçəryanın və ətrafına topladıqlarının ağrısı erməni xalqının “haqq işi” deyil, hakimiyyət davasıdır.Amma onlar bu davanı da yaydakı seçkilərdə uduzdular, heç Putinlə dostluq belə Köçəryanı düşdüyü çuxurdan çıxa bilmədi, 5-10 mandatla kifayətlənməli oldular. Bu mitinqlərin Moskvada imzalanacağı gözlənilən sənədlərin bir hərfinin yerini belə dəyişməyə gücü yoxdur. Çünki erməni xalqı müharibədə uduzmuş Paşinyana səs verməklə göstərdilər ki, ağıllarını, məntiqli düşünmək bacarıqlarını hələ tam itirməyiblər. Bəlkə də başqa yolları yox idi, o səbəbdən Paşinyanla davam etməyə qərar verdilər. Deməyim odur ki, erməni xalqının əksəriyyəti gerçəklikləri anlamağa çalışır, bunu  beyni və ruhu “böyük Ermənistan” kimi ideya ilə zəhərlənmiş, üstəlik bizə düşmənçilikdən əl çəkməyən xalqın etməsi çətin idi, amma deməli, onlar düşdükləri quyunun dərinliyinin fərqində oldular ki, belə bir çətin seçim etdilər. Paşinyanı yenidən hakimiyyətdə saxlamağın açması da nağıllarda olduğu kimi idi: “Yandıq, bizi xilas et!”

Paşinyan erməni xalqının xilaskarı, filan deyil. Amma o, Köçəryanın tayı da deyil. Anlayır ki, Ermənistan üçün çıxış yolu təklif edilən, əslində üzərinə götürdüyü 10 noyabr öhdəliklərini yerinə yetirməkdir. Putin “Valday”dakı çıxışında erməni müxalifətinə də mesaj verdi ki, kimsə-kimsəyə güzəştə getmir, SSRİ sərhədləri bərpa olunur. Bərpa olunursa, demək, Zəngəzur dəhlizi də, digər kommunikasiyalar da açılmalıdır.

Köçəryan erməni xalqını zəif nöqtəsini bilir və oradan vurur: “türkləşməyə və ermənilərin Qarabağdan qovulmasına” qarşı mübarizə apardığını bəyan edir. “Türkləşmək” deyəndə Zəngəzur dəhlizini, Türkiyə ilə sərhədlərin açılması ilə bağlı mümkün danışıqları nəzərdə tutur, buna qarşı çıxır. “Qarabağdakı ermənilər” mövzusu isə Ermənistanın bir nömrəli problemidir. Müharibədən sonra Ermənistana Qarabağdan xeyli “qaçqınlar” gəlib. Onlar indi həssas təbəqədirlər və hakimiyyətə qarşı qəzəblidirlər. “Özgə atına minib tez düşənlər” indi xüsusilə Paşinyana qarşı aqresivdir. Amma məğər Moskvada Qarabağdakı ermənilərin taleyi həll olunacaq? Belə bir gözlənti yoxdur. Amma tədricən bu məsələdə sənədlərdə əks olunacaq, buna da şübhə olmasın. İki xalqın arasında dəmir sədd qurmaq, ayrı yol çəkmək mümkündür, amma bunun da bir sonu olmaldır. Bizə bu məsələdə də erməni xalqının sağlam düşünəcəyinə ümid etmək qalır…

 

Nazim SABİROĞLU.

Əlaqəli xəbərlər