Vahid Əhmədov Saleh Rüstəmli üçün Prezidentə müraciət etdi -MƏTN

bandicam 2021 12 08 00 55 39 163

Milli Məclisin deputat  Vahid Əhmədov həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Vahid Əhmədov Saleh Rüstəmovun səhhətinin ağır olduğunu deyib.
Millət vəkili müraciətində Saleh Rüstəmovun I Qarabağ savaşında iştirak etdiyini vurğulayaraq qeyd edib ki, onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb: "Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm".

Müraciətdə bu təşəbbüsün "Saleh Rüstəmovun hüquqlarının müdafiə Komitəsi"ndən gəldiyi qeyd olunub. 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər