“Məmurların bir qismi sanki qaranlıq fəaliyyətlə məşğul olur” – Səfər Əbiyevin cəsarəti

 экрана 2022 01 14 123929Dünən Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev tədbirdə iştirak edib. Bununla bağlı mətbuatda fotoları yayılıb. Bu ajiotaja səbəb olub. Azərbayanda əsasən məmurlar vəzifədən gedən kimi sanki yoxa çıxırlar. Məsələn, Füzuli Ələkbərovdan səs-soraq yoxdu. Ziya Məmmədovdan bir neçə aydan bir xəbər tuturuq. Heydər Babayev işdən çıxdığı gündən yoxa çıxıb. Hansı ki, Avropa ölkələrindən o cümlədən qardaş Türkiyədə işdən çıxan məmurlar öz ixtisaslarına uyğun pedaqoji fəalliyyətlə məşğul olur, ya da ekspert kimi fəaliyyət göstərirlər.

Maraqlıdır, Azərbaycanda niyə analoji təcrübədən istifadə olunmur? Millət vəkili Fazil Mustafa Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycanda həqiqətən də bu tendensiya var:

“Əslində dövlət adamları müəyyən vəzifə tutandan sonra onların cəmiyyət üçün ictimailləşmə prosesi baş verir. Onların həyatı, fəaliyyəti, çalışmaları, təcrübələri bir çox hallarda dövlət üçün zəruri olur. Azərbaycanda həqiqətən də bu tendensiya var. Məmurların bir qismi sanki qaranlıq fəaliyyətlə məşğul olur. Vəzifədən gedəndən sonra da qaranlığa gömülürlər. Heç birindən səs çıxmır.

Sanki hamı qaranlığa çəkilir. Bu da fəaliyyətin bir çox hallarda şəffaf olmamasından irəli gəlir. Şəffaf fəaliyyət göstərən şəxslər əslində cəmiyyətdən çəkinməməli, mediadan qaçmamalıdırlar. Fikrimcə, bu yaxşı ənənə, görüntü deyil”.

Deputatın sözlərinə görə, Səfər Əbiyev nümunə göstərəcək addım atıb: “Keçmiş müdafiə nazirinin meydana bu formada çıxması hamıda təəccüb yaratmağa başladı. Əslində normal bir şeydir. Bu əslində cəsarətli bir addımdır. Səfər Əbiyev nümunə göstərəcək addım atıb. Yəni mən burdayam, cəmiyyət qarşısına çıxa bilirəm. Burada neqativ bir hal axtarmaq doğru deyil.

Hesab edirəm ki, digər məmurlar da bu addım atmalıdırlar. Əsasən kimsə həbs olunanda yadımıza düşür ki, bu filan məmur olub. Bu təkcə həbsdə yada düşməməlidir. Bəzən də həbs olunmalı adamlar kənarda qalır. Həbs olunmamalı adamlar məhkum olurlar. 

Və yaxud da xeyli cinayət törətmiş, cəmiyyəti altına-üstünə çevirmiş insanlar sərbəst, azad şəkildə gəzirlər. Onlara toxunulmaması cəmiyyətdə təəccüb doğurur. Çünki bu qədər cinayət törədən bütün işçilərin tutulsun, özünə söz deyən olmasın?! Bunlar hamısı cəmiyyətdə şübhələr yaradır. Ona görə də belə şeyləri artıq şəffaflaşdırmaq lazımdır. Əgər cinayətkardırsa, əmr verdiyi insanların hamısı tutulursa, özünün də məsələsinə baxılmalıdır”.

F.Mustafa qeyd edib ki, bir insan əgər təmizdirsə, cəmiyyət qarşısına çıxmaqdan çəkinməməlidir: “Əgər təmizdirsə, cəmiyyət qarşısına çıxmalıdır ki, mənim heç bir günahım yoxdur. Bu digər məmurlara da aiddir. Bu ənənən dağıdılmalıdır. Danışmağa icazə verilmir anlayışını mən qəbul edə bilmirəm. Yuxardan tapşırıblar ki, siz danışmayın?! Bu bəhanələrdir. Belə şeyin olduğunu güman etmirəm. Çünki özünə arxayın, problem olmayan adam heç vaxt danışmamaqla bağlı məsələni boynuna götürməməlidir. Bu yaxşı hal deyil. Kimsə gizlənirsə, deməli şəffaf işləməyib. Qaranlıq fəaliyyət göstəriblər deyə, açıq fəaliyyətə yox deyirlər. Məsələnin mahiyyəti budur”.

Nəzrin VAHİD.

Əlaqəli xəbərlər