Prezident Rövşən Rzayevi təltif etdi - SƏRƏNCAM

 экрана 2022 01 18 214216Prezident İlham Əliyev Rövşən Şükür oğlu Rzayevi “Şöhrət” ordeni ilə təltif edib.

araz.az  xəbər verir ki, ölkə başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Rövşən Rzayev Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, R.Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir və 20 yanvarda 60 yaşı tamam olur. 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər