Müdafiə Nazirliyi məlumat yaydı: Mayın 17-dən 21-dək...

mudafienazirliyi78

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

araz.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək"

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər