Prezidentin əfv etdiyi ömürlük həbs olunan şəxs niyə tutulubmuş? – ZAKİR QARALOVUN CİNAYƏTLƏRİNDƏN BİRİ

semsi55

Xəbər  verdiyimiz  kimi   Prezident   İlham  Əliyev  əfv sərəncamı  imzalayıb.

Azadlığa çıxanlar  siyahısında  ömürlük  məhbus  Şəmsi  Səmədzadə də var.

Bəs Prezidentin əfv etdiyi  ömürlük  məhkum  Şəmsi  Səmədzadə  nə edibmiş?

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. İndiki Göygol rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin yolu hələ Zakir Qaralov Gəncənin prokuroru olduğu zaman kəsişib.

Ancaq sonradan Zakir Qaralovun Baş Prokur təyin edilməsi Şəmsinin həyatını alt-üst edib. Ona qarşı CM-nin bir neçə maddəsi ilə cinayət işi açılıb və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Həmin dövrdə Şəmsi Səmədzadənin vəkili olmuş Namizəd Səfərov deyir ki, hətta iş adamı ona elan olunan ittihamlardakı cinayəti törətsəydi belə ona 12 ildən artıq cəza düşmürdü: “Ölkədə hər kəs bilir ki, bu şəxs Zakir Qaralovun şəxsi iradəsinin nəticəsində ömürlükdədir”./Oxu.az

P.S. Vaxtilə bu və digər iş adamlarının Zakir Qaralov tərəfindən şərlənərək həbs edilməsi, yüzlərlə ağır cinayətlərin ört-basdır edilməsi barədə “Hakimiyyət” qəzetində yazdıqlarıma görə sonda məni də həbsdə çürütmək üçün əlindən gələni edirdi. Zakir Qaralovu istintaqa cəlb edib onun bu insanları kimin sifarişi əsasında şərləyərək həyatlarını məhv etdiyini soruşmaq çox vacibdir. Dövlət əgər bunu etməzsə, artıq dövlətin bu işin arxasında çıxacağı anlamı da yarana bilər.

Füzuli ƏFQANOĞLU.

Əlaqəli xəbərlər