“Qanuni oğru” dünyası: Ölüm “cəza”ları, taleyinin öz əlində olmaması…

 экрана 2022 05 29 084342“Oğru dünyası”nın öz qanunları var. Bu haqda çox yazılıb, amma oxucular üçün hələ də qaranlıq qalan məqamlar kifayət qədərdir.

araz.az “Ölkə.Az”-a istinadən həmin qaranlıq məqamların bəzilərini sizə təqdim edir.
“Qanuni oğru” anlayışı XX yüz ilin 30-cu illərinə yaranmış, dünyada analoqu olmayan, öz gizliliyi ilə seçilən və özünəməxsus kodeksləri olan kriminal dünyadır.
“Qanuni oğru”lar yalnız Sovet Sosialist Respublikalar İttifaqı, sonradan MDB ölkələri üçün xarakterikdir.
“Oğru” sözünü ədəbi dildə hansısa bir əşyanı oğurlayan insan kimi yox, kriminal dildə yalnız “qanuni oğru” mənasında işlədirlər.
“Qanuni oğru”lar kriminal dünyanın elit təbəqəsi sayılır və bütün adət ənənələrin qoruyucusu hesab olunur.
Tarixi
“Qanuni oğru”ların meydana gəlməsi 1930-cu illərə təsadüf edir. O zamanlar əks siyasi fikirlərə sahib olan adamlara ciddi müqavimət göstərilməsi və cinayətkarlığa qarşı geniş hakimiyyətə tabe olmayan “kriminal dünya”sının yaranmasına səbəb oldu. Bu “kriminal dünya”nın elitası isə “qanuni oğru”lar oldu.
“Qanuni oğru”ların “qayda”ları
“Qanuni oğru”ların günahlandırılması və ya təriflənməsi “sxodka” zamanı baş tutur. Oğru oğrunu günahlandıra bilməz. O, mütləq “sxodka” çağırmalı və ona səhvini deməlidir.
“Sxoda” üçün rəsmi mərasimlər toy, dəfn mərasimləri ən əlverişli yer ola bilər. “Sxodka”lar türmədə də təşkil olunur. İclaslar zamanı gələcək kriminal planlar, bəzi oğruların taleyi, kimin nə günahı olduğu, kimin tərifə layiq olduğu müzakirə olunur. Hər bir oğru bərabər hüquqa və bərabər səsə malikdir.
Əgər 40 il öncə hər bir oğru “sxodka” təşkil edə bilirdisə, indi bu bir neçə nəfərdən ibarət qrup tərəfindən təşkil olunmalıdır.
Müzakirə olunacaq mövzulardan asılı olaraq 2-cür “sxodka” mövucdur: “yerli” və “kənar”. Oğrunu ölümlə yalnız “kənar sxodka” cəzalandıra bilər.
“Oğru” adının alınması isə “yerli sxodka” vaxtı da mümkündür. Günahlandırılan “oğru” 3 cür cəzaya layiq görülə bilər.
Qanuni oğrunun cəzalandırılması
1. Şillə. 
Bu cəzanı təhqirə görə verirlər. Şillə bütün oğrular qarşısında vurulur. Günahlandırılan oğru şillə vurana cavab qaytara bilməz. Bu cəza oğrunun avtoritetinə təsir göstərir.
2. Qulağa zərbə. 
“Oğru”dan şikayət mərasimidir. “Oğru” yalan, aldadılma və ya “qanuni oğru”ların və qanunların pozulmasına görə cəzalandırılır. “Oğru” kriminal dünyadan uzaqlaşdırılır və bundan sonra həyatda tək mübarizə aparmalı olur.
3. Ölüm.
Bu cəza yalnız satqınlıq zamanı verilir. Satqın polislə əlaqəyə girən, öz dostlarını satan və ya ümumiyyətlə bu aləmdən çıxan adam hesab olunur.
“Qanuni oğru”nun öz “işini” tərk etməsi, yalnız ciddi səhiyyə problemləri olduğu zaman mümkündüe.
Onun səhhətindəki problemlərin nə qədər ciddi olub olmadığını isə digər oğrular müəyyən edir. Yəni istər-istəməz onun taleyi digərlərindən aslıdır. Əks halda, o, satqın sayılacaq.
“Qanuni oğru” “sxodka”ya gedən zaman mütləq özünü haqlı çıxarmaq üçün faktlar toplamalıdır. Əgər oğrunun günahı təsdiq olunarsa, “bartva” cəza yolunu seçir. Ən asan cəza kimi ölümlə sakit barışmaq hesab olunur. “Oğru”ya bir güllə verilir və onun digər çıxış yolu olmur. Belə ölüm bəxt hesab olunur. Əgər günahlandırılan şəxs görüşə gəlmirsə, onda oğrular arasında özlərinin “cəlladı” olur. O, günahlandırılan şəxs üçün “bədbəxt hadisə” təşkil edir. Sonradan onun ölüm səbəbi kimi avtomobil qəzası və başqa səbəblər göstərilir.
“Sxodka” özəl qəddarlıqla da ölüm cəzası tətbiq edə bilər. Cəza “oğru”nun günahından aslıdır.
30-cu illərdə “oğru”ların betonlaşdırılması ilə öldürülməsi geniş hall almışdı. Cəzalını “taz”ın içərisinə qoyub üstünə beton tökürdülər.
Son zamanlar təzə cəza növü yaranıb ki, buna da “pul”cəzası deyirlər. Satmısan onda pul ödə. Pulun miqdarını isə digər oğrular cəzanın böyüklüyündən aslı olaraq təyin edirlər. Bəzən məbləg milyon dollara qədər gəlib çatır.
Əvvəllər “qanuni oğru”nu yalnız “qanuni oğru” öldürə bilərdi. İndi bir az qaydalar dəyişib. “Oğru”lar daha çox başqalarının əli ilə bu işi yerinə yetirməyə üstünlük verirlər. Onlar kənardan tutulan “killer” vasitəsi ilə digər oğrunu o dünyaya yola salırlar.
Oğruların “tac qoyma” mərasimi.
“Tac” özəl bir simvoldur. Bu mərasim də mütləq “sxodka” zamanı keçirilməlidir. Bəzi “oğru”lar hesab edir ki, bu “sxodka”lar mütləq həbsxanada keçirilməlidir. Pis reputasiyaya malik oğru heç vaxt “tac” qazana bilməz. “Tac” qaydalara mütləq əməl etməyi və satqınlıq zamanı ölümü qəbul etməli olduğunu simvolizə edir.
Bu mərasimdən sonra oğrunun bədəninə “qılıncdan keçirilmiş ürək” tatusu çəkilir. Bunun mənası isə “xəyanətə görə ölüm” diməkdir.
Oğrular səkkiz güşəli ulduz, qartal və digər tatuları da bədənlərinə çəkə bilirlər. Lakin bunların hamısı “tacqoyma”dan sonra baş verməlidir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər