İlqar Məmmədov: “İctimai televiziyada şəklimi həftədə bir dəfə asıb, sığallayırlar”

ilqarmemmedov66“İctimai televiziyada şəklimi həftədə bir dəfə asıb, sığallayırlar (Dadaşlinskinin verilişini nəzərdə tutur-red). Amma sözümü efirə verməyə çəkinirlər...”

araz.az  Pravda.az-a istinadən xəbər verir ki, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

“Müsahibə alanda, sual verdilər ki, dialoq prosesi hansı səviyyədədir? Dedim, yaxşıdır, amma dialoqun sınağı seçkilərdə olacaq. Seçkilər keçirilsin, görək dialoq ciddidir, yoxsa... Bu fikrimi efirə verməkdən çəkinirlər. Şəklimi isə həftədə bir dəfə asıb, sığallayırlar” – İ.Məmmədov qeyd edib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər