"Xəzərin hüquqi statusu haqqında Konvensiya Rusiya üçün qoruyucu vasitədir"

290612500 1718611735181304 154694507430476233 n

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının növbəti VI Zirvə Toplantısı keçirilib. Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak edib. Toplantı mürəkkəb beynəlxalq geosiyasi vəziyyətdə keçirilməsi region üçün çox mühüm məsələdir.

araz.az  "Xalq Cəbhəsi"nə istinadən xəbər verir ki, Politoloq Vüqar Dadaşov  bildirib ki, Azərbaycan prezidenti olduqca məzmunlu çıxış edərək mühüm məsələlərə toxunmaqla həm də, region dövlətlərin birgə inkişaf perespektivləri barədə istiqamətləri göstərib: "Təbii ki, 2018-ci ildə çox çətinliklə razılaşdırılıb və imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın indiki vəziyyətdə mühüm çəkiyə malik olduğu göstərir. Xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhcizatı və rus qazına alternativin yaradılması məqsədi üçün Rusiyanı çıxmaq şərti ilə Xəzəryanı dövlətlərin enerji daşıyıcılarının Avropaya çatdırılması məsələsi real işlək variantlardan biridir. Xəzərin hüquqi statusu haqqında Konvensiya bu mənada Rusiya üçün bir qoruyucu vasitədir. Konvensiyanın imzalanmasında qeyru-müəyyən və qeyri-stabil mövqeyi ilə yadda qalan İran son günlər bu istiqamətdə xarici siyasətində həmin Konvensiyanın şərtlərindən öz maraqları üçün daha çox istifadə edir. Azərbaycan prezidenti çıxışında regional təhlükəsizlik məsələsinə də toxunmaqla bir növ İranın bu məsələlərdə manipulyasiyalarının yersiz olduğunu göstərmiş oldu. Xəzərin statusunun hər bir qonşu dövlət üçün əhəmiyyəti böyükdür. Bu razılaşma faktiki olaraq Xəzəri bu beş dövlətin daxili su hövzəsi kimi hər birinin həm siyasi və həm də iqtisadi maraqlarını əhatə edir. Diğər bir vacib məqam isə Rusiyanın dünyadan təcrid olunduğu və prezident Putinə qarşı tətbiq olunan sanksiyalar fonunda ona belə bir platformada iştirakı çox vacib məsələdir. Xəzərin hüquqi statusu əslində İqtisadiyyatdan daha çox siyasi məsələdir hərçənd ki, bunlar bir-birini tamamlayan şərtlərdir".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər