“Xəstələrə yığılan puldan aparıcılara faiz çatır“ - “Space“in aparıcısından şok açıqlama

 экрана 2022 07 06 173432Xəbər verdiyimiz kimi, Azad Azərbaycan telekanalında yayımlanan "Bizimləsən" layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət olunub.

Belə ki, verilişə müraciət edən Rəmziyyə Cəfərova adlı qadın iddia edib ki, övladının əməliyyatı üçün 75 min manat lazım olsa da Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyi tapşırıb. Lakin yardım üçün yığılan 180 min manat ailəyə çatmayıb.

araz.az-ın xəbərinə görə,  Mövzu ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Amil Xəlil ad çəkməsə də bəzi sosial verilişlərdə bu cür halların həqiqətən baş verdiyini bildirib:

“Bu yaxınlarda sosial verilişlərdən birinə yardım üçün üz tutan şəxslər məni şoka saldı, nənənin altında maşını, evləri var idi, amma nəvəsinə yardım üçün efirə gəlmişdi. Bu barədə sosial şəbəkə hesabımda yazanda məni tənqid edənlər də oldu ki, guya mən paxıllıq edirəm. Mənim verilişim sosial-kriminaldır, yardım toplamıram, camaatı aldada bilmərəm. Yardıma ehtiyacı olan Nərminlər, Lalələr, Muradlar en qədərdir, niyə indiyə kimi onlara yardım edilmirdi? Biz mətbəxin içini, faiz dərəcələrini, hansı aparıcıya nə qədər faiz qaldığını yaxşı bilirik. Bilirsiniz, tamaşaçıların özündə də günah var. Yardım üçün efirə gəlirlər, qapıda onların telefonu əllərindən alınır, üstünü yoxlayıb keçirirlər içəri. Daha sonra ona deyirlər ki, sənə 50 min lazımdırsa, efirdə 60 de. Belə hallar var”.

O, bildirib ki, yardım üçün müraciət edən şəxslərin əllərində sübut olmadığı üçün bu cür halları ictimailəşdirə bilmirlər:

“Bunu hansısa vətəndaş ictimailəşdirəndə, bir neçə gün sonra çıxıb efirdə üzr istəyir. Çünki aparıcı deyir ki, səni məhkəməyə verəcəyəm, sübut elə. Sübut edə bilmirsənsə, ya çıxıb efirdə üzr istəməlisən, ya da səni məhkəməyə verirəm. Çarəsiz qalan kəndli baba, kəndçi bacımız da fikirləşir ki, mənim məhkəmələrdə nə işim var? Övladına xatir çıxıb üzr istəyir. Azmı görmüşük aparıcıdan üzr istəyən tamaşaçıları? İnternetdə azca axtarış etsəniz, nə qədər belə fakt olduğunu görəcəksiniz. Mən öz efirimdə də tamaşaçılara səslənirəm ki, artıq ayılmaq vaxtıdır, o zaman deyil”.   

Aparıcının sözlərinə görə, yardım üçün müraciət edən şəxslər 1 ay hər gün efirdə olmaq üçün aparıcıya yüklü miqdarda pul ödəyir:

“Mən qazilərin SMS xidmətini efirdə təqdim edəndə heç kəs bunu etmirdi. Niyə heç bir kanal indi demir ki, “Yaşat” fondu var, SMS göndərməklə qazilərə yardım edə bilərsiniz. Mənim verilişimdən də yüksək reytinqli verilişlər var, niyə biri demir ki, gündə qazilərin biri intihar edir, gəlin, onlara yardım edək? Faiz məsələsi isə həqiqətən var. Deyirlər ki, ver faizimi, çıx efirə. 60 min lazımdırsa, 70 min yığacağıq. Kəndli də deyir ki, eybi yoxdur. Yığılan pullar da layihənin öz kartlarına yığılır. Mənim verilişimdə istisna olaraq dörd dəfə yardım olunub, dördü də uğurlu olub. Mən yardım istəyənlərin öz kartlarını təqdim elədim. Baxın, efir saatımı 3 saatdır, 3 saatda sponsor lazımdır ki, biz onu reytinqli bir verilişdə reklam edək. Hansısa aparıcı 1 ay ərzində 3 saatını, hətta 5 gününü bir yardıma ayırırsa, deməli, burada bir məqsəd var. Artıq tamaşaçı ayılmalıdır. Mənim gözümün qabağında hələ də “YouTube”dan keçmiş xəstələr üçün pullar yığılır. Mən 12 ildir televiziyadayam, 3 il bundan əvvəl gələn aparıcının altında 70 minlik maşın var. Elə sosial layihələr var ki, 400 manatdan aşağı adamı efirə çıxarmırlar. Mən artıq bunu deməliyəm, deyirlər ki. 400 manat ver sənin məsələni ictimailəşdirık. Biz 1 manat belə almadan insanları efirə çıxarırıq. Bir nəfər çıxıb deyə bilməz ki, Amil məndən pul alıb efirə çıxardı.

Camaat ayılmalıdır. Yardımlarla bağlı dövlət fondları var.

Aparıcı var ki, 10-12 ildir işləyir, adamın iki oteli var. Rəhmətlik Rafiq Hüxeynov, Hüseyn Həsənzadə 40 ildir efirdə olublar, amma hələ də dövlətdən ev istəyirdilər. Məsələ budur. Faiz dərəcəsinə də inanıram, faiz söhbəti həqiqətən də var. Demirəm hansı layihələrdə, amma var. İndi yerindən duran sosial layihə açır. Bəzi verilişlərdə sponsor paketinin qiyməti 5 mindir, efirə çıxmaq istəyən şəxs gəlib aparıcıya deyir ki, mən sənə 2 aylıq sponsor paketinin pulunu verirəm, 1 ay ərzində ancaq mənim pul yığmaq işimlə məşğul ol. Al bu 50 mini, 1 ay ərzində mənim 150 minimi yığ, ver”.  

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər