Növbəti Brüssel görüşü nəyi vəd edir?

WhatsApp Image 2022 08 07 at 00.29.44

Avropa Şurasının Prezidenti Şarl Mişel öz twitter hesabında Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin növbəti görüşünün keçiriləcəyi və gündəlikdə olan vacib məsələlərin həlli ediləcəyi barədə məlumat verib. Əvvəla, Ermənistan və Azərbaycan liderləri görüşünün, Rusiyanın iştirakı və moderatorluğu olmadan təşkili, hər bir halda müəyyən nəticələrin əldə olunacağına, eləcə də razılaşmanın icrasına müəyyən ümidlər yaradır. AŞ Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə, bundan əvvəl təşkil olunmuş iki görüşün analizi onu deməyə əsas verir ki, Avropa Şurası liderinin təşkilatçılığı ilə təşkil olunan görüşdən əldə edilən razılaşmalar daha prodiktiv nəticələr verir. Sözsüz ki, əvvələr Brüsseldə əldə edilmiş razılaşmaların tam həcmdə icra olunmamasına Rusiya faktorunun səbəb olması danılmazdır. Düşünürəm ki, indiki vəziyyətdə, Şarl Mişelin təşkilatçılığı ilə, Nikol Paşinyanla İlham Əliyevin görüşünün təşkili birbaşa son hadisələrlə bağlıdır. Yəni, Azərbaycanda müvəqqəti yerləşən rus sülhməramlılarının məsuliyyət zonasında Ermənistan silahlı qüvvələrinin təxribatı və Azərbaycan Ordusunun təxribata qarşı "Qisas" əməliyyatı bu görüşün təşkil olunmasına səbəb olub.
Avqust ayının 3-də Azərbaycan Ordusunun Ermənistanın təxribatına qarşı keçirdiyi möhtəşəm "Qisas" əməliyyatından bir gün sonra Şarl Mişelin İlham Əliyevə zəng eləməsi və gərginliyi müzakirə etməsi belə bir təsəvvür yaradır ki, "Qisas" əməliyyatının dayandırılması üçün, xahiş edən də və Ermənistanın, Paşinyanın adından müəyyən öhdəliklərə söz verən də Şarl Mişeldir. Onun əhəmiyyətli razılaşmaların əldə olunacağına, tvitində göstərdiyi kimi, tam olaraq əminliyi var. Şarl Mişelin bu əminliyi həm də ondan qaynaqlana bilər ki, Paşinyan "Qisas" əməliyyatının dayandırılması üçün, məhz, Şarl Mişelin ayağına düşüb.

Təbii ki, Paşinyanı əvvələr əldə edilmiş bütün razılaşmaların icra edilməsinə məcbur edən müzəffər Azərbaycan Ordusudur -- hansı ki, regionda və dünyada Azərbaycan dövlətinin gündəliyini, hərbi-siyasi mövqeyini müəyyən edir və gücləndirir. Odur ki, Paşiyan Brüsselə öhdəlikləri üçün konkret müddətin, qrafikin təsdiqinə gəlir.

images

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

Əlaqəli xəbərlər