İcma sədri: "Azərbaycanlılar Qərbi Azərbaycandakı doğma yurdlarına qayıtmağa hazırdır"

d0a3297d a972 371c bce6 1e92be30f654 850

"Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması istiqamətində mümkün bütün işlər görülməlidir. Bu işə Azərbaycanda və xarici ölkələrdəki bütün elmi-intellektual potensial və bütün resurslar cəlb olunmalıdır".

araz.az  Report-a istinad'n bildirir ki, bunu "Qərbi Azərbaycan İcması”nın sədri, deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin 200 il ərzində Ermənistan tərəfindən Azərbaycan xalqına, mədəni irsinə qarşı törədilən vəhşiliklərə laqeyd yanaşmasının çox sadə bir səbəbi var: "Azərbaycan dünyanın ən qədim dövlətlərindən biridir, bizim beş min illik dövlətçilik təcrübəmiz var və bu ölkə coğrafi baxımdan elə strateji məkanda yerləşir ki, dünyanın bir çox güclü dövlətlərinin bu coğrafiyada siyasi, iqtisadi və hərbi maraqları var. Həmin dövlətlər istəmir ki, Azərbaycan kimi önəmli bir ölkə onların nəzarətindən çıxsın".

İcma sədri qeyd edib ki, son 200 ildə Qərbi Azərbaycandakı dədə-baba yurdlarından deportasiya olunan azərbaycanlıların geri qayıtmaq hüququ var və bütün beynəlxalq sənədlərdə bu, təsbit olunub: "Bizim işimiz ilk növbədə bu antiinsani siyasətlə bağlı fakt və sənədləri ortaya qoymaqdır və beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Biz bunu edəcəyik. O ki qaldı birgəyaşayışa, məğlub, ağzı-burnu əzilmiş, sınmış və sındırılmış erməni ilə birgə yaşamağa biz hazırıq. Əlbəttə, buna cəsarəti, hünəri varsa, buyursunlar gəlsinlər. Amma biz doğma yurdlarımıza qayıtmağa hazırıq. Biz bilirik ki, Qərbi Azərbaycandakı azərbaycanlı kəndlərinin çoxu boşdur, oralarda insan yaşamır".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər