Ermənistana gedən 3 azərbaycanlı KİMDİR?

nocomment f8e04aa1dffbe612ff1bb045c7108b64 52lq0vp8o6uanf4ic7sj 640x336

Ermənistan Milli Statistika Komitəsi bildirib ki, 2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Onlardan 3-nün azərbaycanlı olduğu açıqlanıb.

Maraqlıdır, bu il Ermənistana səfər edən azərbaycanlılar kimlərdir?

araz.az  modern.az-a istinadən xəbər verir ki, 2022-ci ilin fevral ayında Azərbaycan Milli Məclisinin deputatları Ermənistanın paytaxtı İrəvana səfər etmişdilər. Həmin deputatlar Tahir Mirkişili və Soltan Məmmədov idi. Onlar İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmişdilər.

AVRONEST Parlament Assambleyası bürosunun və komitələrinin iclası 19-22 fevral tarixlərində İrəvanda keçirilmişdi.

Deputatlar, səfər zamanı İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsi Göy məscidi də ziyarət etmişdilər.

Tahir Mirkişili Soltan Məmmədov

Ermənistana səfər edən üçüncü azərbaycanlı isə ehtimal olunur ki, Ukrayna millisində çıxış edən boksçu Elmir Nəbiyev olub. Azərbaycanlı idmançı Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında erməni rəqibini məğlub etmişdi. Belə ki, Elmir Nəbiyev 54 kq çəki dərəcəsində Ermənistan idmançısını 3:2 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış cari ilin may ayında baş tutmuşdu.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər