“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir

16608307995388915992 1000x669Maraqlı vaxt keçirmək və dəyərli hədiyyələr qazanmaq istəyənlər üçün “Nar” bölgələrdə əyləncədolu yay kampaniyasını davam etdirir.

Bu barədə, şirkətdənaraz.az-a daxil olan məlumatda bildirilir ki, növbəti kampaniya avqustun 19-u Qubada, 21-də isə Mingəçevir şəhərində keçiriləcək.16608307994455927908 1000x669

Tətilinizə rəng qatmaq istəyirsinizsə, sevdiklərinizlə birgə “Nar”ın yay kampaniyası üçün özəl hazırladığı oyunlara qoşulub əylənərək hədiyyələr qazana, xüsusi köşkdə xatirələrinizi fotolara həkk edə bilərsiniz.

Onlayn müsabiqələri sevən abunəçilər isə “Nar”ın sosial media səhifələrindəki yarışlara qoşularaq yay kampaniyasının yekununda keçiriləcək musiqili festivala bilet qazanmaq şansı əldə edirlər.16608307993729428145 1000x669

Yay kampaniyası ilə bağlı yeniliklərdən kampaniyanın rəsmi simaları olan İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfovu (Instagram: jafarnajafov) izləməklə xəbərdar ola bilərsiniz.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir.16608307994720930665 1000x669

“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər