Qərbin Azərbaycana təzyiqləri arta bilər - Professor

8522 11ezkcni8s 1

“ABŞ-ın Ermənistan-Azərbaycan danışıqlarında fəallaşması anlaşılandır. Artıq ABŞ-ın təşəbbüsü ilə iki ölkənin xarici işlər nazirlərinin və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın görüşü baş tutub. Bu, əslində ABŞ-ın fəallaşmasından daha çox, məsələnin həll yolunun axtarışlardır. Hələlik danışıqlar var, amma nəticə barədə məlumat verilmir”.

araz.az   Reyting.az-a istinadən bildirir ki, bunu  professor Əli Abbasov deyib.

Əli Abbasovun sözlərinə görə, son hərbi insidentdən sonra ABŞ və digər ölkələr açıq çağırışlar ediblər. Üstəlik, bir çox hallarda, əsassız olaraq Azərbaycanı Rusiya ilə bağlmaq cəhdləri var. Professorun fikrincə, bu məqamı nəzərə almalıyıq, çünki Azərbaycana qarşı belə davranış xətalıdır.


Əli Abbasov

Ə. Abbasov bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkün qədər tez imzalanmalıdır:

“Ermənilər öz aralarında düşünürlər ki, bir-iki ilə Rusiya zəifləyib gücdən düşəcək və bölgə nəfəs alacaq. Amma bu qədər vaxt nə bizdə, nə də ermənilərdə var. Məncə, biz hansısa addım atmalıyıq, bu istiqamətdə ciddi işləməliyik. Əlbəttə, bu incə və zərif işdir. Mən düşünürəm ki, Rusiya zəiflədikcə Qərb Azərbaycana daha çox təzyiq etməyə çalışa bilər. Baxmayaraq ki, Ermənistanda rusların hərbi bazası var. Deməli, biz də vəziyyəti dəyişmək üçün hansısa addımlar atmalı, erməniləri və dünyanı fakt qarşısında qoymalı, bəzi məsələlərin bizim üçün vacib və prinsipial olduğunu göstərməliyik”.

Ə. Abbasov diqqətə çatdırıb ki, ABŞ-da Konqresə ara seçkilər keçiriləcək: “Senat və Nümayəndələr Palatasına seçkilərdə ermənilərdən istifadə edirlər. Bu məsələdə ermənipərəst senatorlar xüsusi fəallıq göstərirlər”.

Professorun sözlərinə görə, işin pis tərəfi ondadır ki, ABŞ son vasitəçiliyi oyun formasında edir. “Hələlik biz ciddi addımlar görmürük. Ortada Fransa və ABŞ-dır. Onlar həm də Minsk qrupunu diriltməkdə maraqlıdırlar. Üstəlik, onların mövqeyi bilinir. Aydındır ki, erməni diasporası bu ölkələrin siyasətçilərinə rahatlıq verməyəcək. Biz bu məqamları da nəzərə almalıyıq”, - deyə Ə. Abbasov əlavə edib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər