Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamayıb -SƏBƏB

1669230302.jpg
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.
 
araz.az bildirir ki,  bu barədə Ermənistan Baş nazirinin saytı məlumat yayıb.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

O tələb edib ki, "KTMT Azərbaycanın hərəkətlərinə siyasi qiymət verməlidir".
 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər