Mətbuat Şurasında Güneyli ziyalı Əhməd Obalı ilə görüş keçirildi

ehmed-obali.jpeg

Bu gün Mətbuat Şurasında mərkəzi Çikaqoda yerləşən Güney Azərbaycan Milli Azadlıq Cəhbəsinin xarici əlaqələr üzrə rəhbəri, GünAz TV-nin sahibi Əhməd Obalı ilə görüş keçirildi.

araz.az   xəbər verir ki, Əhməd Obalı bu günlərdə Azərbaycan-İran sərhəddinə və Xudafərin körpüləri olan bölgəyə səfərindən danışdı. O, İran tərəfinin güneyli azərbaycanlıların İran-Azərbaycan sərhədinə yaxınlaşmasını qadağan edib. O, İranda Abbas Lisani və Əbülfəz Fərşi kimi güneyli ziyalıların, fəalların İran həbsxanalarında çox ağır vəziyyətdə olduğunu dilə gətirdi.

Əhməd Obalı, İran rejiminin Güney Azərbaycanlılarına qarşı assimilyasiya siyasətinin daha da şiddətləndiyini deyib: "Azərbaycanlı uşaqları fars dilini ana dili kimi bilmirsə, normal məktəbə qəbul edilmir və əqli zəkası qüsurlu uşaqlar üçün məktəblərə göndərirlər. Bunun üçün xüsusi qanun qəbul edilib. Belə davam etsə, bir müddət sonra öz dilində danışan nəsillərimiz olmayacaq".

Əhməd Obalı, Güney Azərbaycanın azadlığı üçün əlverişli şərait yetişib. O,eyib ki, indiki şərtlərin formalaşması ordumuzun Qarabağı azad etməsindən başlanıb, eyni zamanda böyük güclər İran siyasətində qəti mövqe tutmaqdadır. Əhməd Obalı qeyd edib ki, Azərbaycan prezidentinin İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı bəyanatları Güney Azərbaycanda ruh inqilabı yaradıb.

araz.az xəbər portalı.