Avropa Şurasının nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

 

Bu gün Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndələri Leila Marçaniya və Şahin Abbasov Azərbaycan Mətbuat Şurasında olublar.

 

Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Şuranın ölkəmizdə söz və ifadə azadlığı ilə bağlı prosesləri diqqət mərkəzində saxladığını deyən Ə.Amaşov rəhbəri olduğu qurumun mövcud istiqamətdə Avropa Şurasının Bakı ofisi ilə də sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Qeyd edək ki, AŞ nümayəndələrinin Azərbaycana səfəri qurumun «Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi»nin «İfadə və mətbuat azadlığı» layihəsi əsasında reallaşdırılmaqdadır. Layihə barədə məlumat verən L.Marçaniya mövcud xüsusda Azərbaycan Mətbuat Şurası ilə də əlaqələrin zəruriliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli xəbərlər