Nümayəndə heyətinin Avropaya səfəri davam edir

fuad-q.jpgAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Benilüks Azərbaycanlıları Konqresinin IV Qurultayında iştirak edib. Təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin təşkili zəruriliyinin vurğulandığı Qurultayda Elsəvər Məmmədov Benilux Azərbaycanlıları Konqresinin (BAK) sədri seçilib.

Komitədən araz.az-a verilən məlumata görə, Qurultaydan sonra Hollandiyada təhsil alan tələbələrlə görüş keçirilib. Haaqadakı Azərbaycan Səfirliyində keçirilən görüşdə tələbələrə diaspor fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumatlar verilib. Dövlət Komitəsi tərəfindən hazırlanmış promovideolar, görülən işlərə dair videoçarx təqdim edilib, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Tələbələr diaspor fəaliyyətinə dəstək verməyə və ölkəmizə dair həqiqətlərin daha geniş yayılmasında əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.
Nümayəndə heyətinin növbəti görüşü Hollandiyanın Ostervik şəhər meri Hans Janssen ilə keçirilib. Görüşdə diaspor fəaliyyəti, Azərbaycan diasporu, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı, şəhər merinə xatirə hədiyyələri təqdim edilib. Görüş iştirakçıları Hollandiyanın Milli Qəhrəmanı, II Dünya müharibəsinin iştirakçısı Məmməd Məmmədovun adını daşıyan küçəni və barelyefi ziyarət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri davam edir.
Araz.az

Əlaqəli xəbərlər