Gürcüstan tarixinin ən parlaq dövlət adamı Saakaşvilidi…

saakashviliGürcüstanda yaşayan bütün xalqlar bu ölkəyə demokratiya bəxş etmiş Mixail Saakaşvilinin Gürcüstanda yenidən hakimiyyətə gəlməsini istəyirlər.

Yeraltı təbii sərvətləri olmayan Gürcüstan Saakaşvilinin dövründə iqtisadi cəhətdən inkişaf etdi.

Saakaşvili Gürcüstan tarixində ilk dəfə qanunları şah etdi.

Saakaşvili Gürcüstanın var dövlətini çapıb-talayan və pullarını, banklarını oğurlayan, xalqı dilənçi vəziyyətində yaşamağa məcbur edən milyoner və milyarderləri məcbur etdi ki, onlar xarici ölkələrdəki pullarını Gürcüstan iqtisadiyyatına yatırsınlar, yeni iş yerləri yaratsınlar.

Saakaşvili məhkəmə sistemində rüşvəti yox etdi.

Saakaşvili Gürcüstanda korrupsiyanın kökünü kəsdi.

Saakaşvili Gürcüstan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasında böyük işlər gördü.

Gürcüstan Daxili İşlər Nazirliyində Saakaşvilinin dövründə böyük reformalar aparıldı. Yəni Saakaşvili Gürcüstan polis sistemini Avropa səviyyəsinə yüksəltdi.

Saakaşvilinin dövründə Gürcüstanda yaşayan bütün millətlər və o cümlədən də Gürcüstan azərbaycanlıları ölkənin bərabər hüquqlu vətəndaşı oldular. Saakaşvilinin dövründə Gürcüstan azad ölkələrin siyahısında Avropa dövlətlərinin səviyyəsinə yüksəldi.

Gürcüstana başçılıq edən Qamsaxurdiyanın, Şevardnadzenin, Saakaşvilinin, İvanişvilinin dövrlərinin müqayisəsi göstərir ki, yalnız Saakaşvilinin dövründə insanlar sabaha ümidlə yaşadılar.

Saakaşvili dünyada yeganə siyasətçilərdəndi ki, onu digər dövlətlər də yüksək vəzifələrə dəvət edirlər ki, onların ölkələrində korrupsiyanın kökünü kəssin. İqtisadiyyatlarını yüksəltsin.

Saakaşvilidən sonra hakimiyyət başına gələn İvanişvili və onun komandası insanlarda əvvəlcə müəyyən ümidlər yaratsa da sonradan bu ümidlər yoxa çıxdı.

Ölkədə iqtisadi durğunluq yarandı.

Bu gün Gürcüstanda işsizlik tüğyan edir.

Gürcüstan valyutası olan lari hədsiz dərəcədə qiymətdən düşüb.

İnsanların sabaha ümidləri itib.

Bu gün Gürcüstan vətəndaşları Saakaşvili dövrünün nostaljisini yaşayır.

Gürcüstan vətəndaşları nə olursa-olsun Saakaşvili dövrünə qayıtmaq istəyirlər.

Gürcüstanlılar Griqol Vaşadzeyə böyük ümid və inamla səs verməklə Saakaşvili dövrünü qaytarmaq istəyirlər.

Gürcüstan böyük ehtimalla Saakaşvilinin namizədi Grigol Vaşadzeni 2-ci turda prezident seçəcək.

Saakaşvili Gürcüstana qayıdacaq.

Azərbaycanla Gürcüstan arasında siyasi və iqtisadi münasibətlər daha yüksək səviyyəyə qalxacaq.

Azərbaycanın, Gürcüstanın və Türkiyənin Xəzər və Qara dəniz regionunda daha güclü dövlətlər olması üçün dünya miqyaslı birgə yeni layihələr işə düşəcək.

 

Prof.Dr. Qüdrət İsaqov

 

Əlaqəli xəbərlər