Təhsil kimə əmanət edilib? - Nazirə müraciət olundu

1517046344 celilabadCəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki qanunsuzluqlardan bəhs edib. Təhsil nazirinə müraciət edən haqqı tapdanaraq hüquqları pozulmuş müəllim yazır ki, Hafiz Cavadov Cəlilabad təhsil şöbəsinin müdiri vəzifəsində xələflərindən geri qalmır.

Müraciətdə deyilir: “Cənab Nazir!

Müstəqillik dövründə bir neçə müdir Cəlilabad RTŞ-ya başçılıq etmişdir amma, E.Əsgərov 21 il RTŞ-nə müdir olduğu dövrdə təhsil sisteminin bel sütununu qırmışdır.Amma ondan sonra müdir olmuş xələfləri heç də rayon təhsilini məhv etməkdə onlardan geri qalmayıblar.Onlardan sonuncusu H.Cavadovdur.

Cənab Nazir! Mən sizə 07.11.2018-ci ildə göndərdiyim məktubda Hafiz müəllimin qanunsuz və rüşvətxor əməlləri haqqında geniş məlumat vermişəm.Bu adam təhsil müdiri əvəzi gələr-gəlməz öz “taktikasını”işə saldı.Özü ixtisasca müəllim olsa da,həyatı boyu müəllim işləməyən,sinif otağına daxil olmayan ,daim RTŞ-nin müdir müavini postunu tutaraq rüşvətxorluqla məşğul olan H.Cavadov faktiki olaraq rayonda işləyən 3 min müəllimin, 129 məktəbin cibinə girməklə məşğuldur.

Bu oğurluqda o qədər “peşəkar” ki, əminəm İran şairi Hafiz Şirazi bunun müasiri olsaydı şoka düşərdi.Hətta inanıram ki, böyük şairin özünə da “papış tikərdi”.

Çünki, rayonda təhsil qənimi olan H.Cavadov şeytana “papış tikir”.Onun ədalətsiz idarəetməsinə etiraz edənləri hədə-qorxu gəlmək, şantaj etmək peşəkarlığıdır.Nə olur olsun, bircə onun rüşvət makinasına heç kim mane olmasın.

Cənab nazir! Rayonda olan 129 məktəb direktorları H.Cavadova xərac vergisi verir.Mən hesablamışam ki,bu hər ay 20-25 min manat müəllimlərdən rüşvət yığır.

Cənab nazir! Dizə qədər rüşvət bataqlığında çabalayan H.Cavadovu bu “əzabdan”xilas edin.Belə ki, onu tutduğu müdir əvəzi vəzifəsindən azad edin.Siz, nəhayət, təhsildən anlayışı olan, əsl pedaqoqu Cəlilabad RTŞ-nə müdir təyin edəcəksinizmi? yoxsa inanın ki, bu Cəlilabad təhsili bir neçə ilə kufdan-kuf olacaq.

Cənab nazir! Mən Sizin kuratorlarınız da inanmıram.Hər şikayət məktubu Nazirliyə daxil olan kimi RTŞ-nin müdirləri ilə “bazarlıq”edirlər.Gizlin sövdələşməyə gedib məktubları bağlayırlar. Xəbəriniz varmı?Ölkədə təhsil sistemi məhv olmaq durumundadır.Dəqiq statistikaya inansaq, Cəlilabadda təhsil öz yerini respublika üzrə 70-ci yerdə tutub.Səbəb təhsil sistemindəki Korrupsiya və rüşvətdən başqa heçnə deyil…

reportyor.info

 

Əlaqəli xəbərlər