“Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır” - Deputat

ziyadsemed.jpg“Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır.
“Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”. (Modern.az)

Əlaqəli xəbərlər