"Səfirlər tacirə çevriliblər, ölkənin maraqlarından çox şəxsi ciblərini düşünürlər" - Ekspert

055D921F D33F 4D96 81E7 FBD20BBF41D6

"Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var Xarici İşlər Nazirliyində".
Yeniavaz.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.


"Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar. Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında da tədbir görərlər. Səfir oğlu əgər belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun.
Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Və ya Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizləmi xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyacağıq, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki, həmin ölkənin kəşfiyyat xidiməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var",-deyə Elxan Şahinoğlu vurğulayıb.

Əlaqəli xəbərlər