Əfsanəvi sahə müvəkkili Udmurtiyada yad edildi

photo_336631.jpg

Noyabrın 16-da “Dostluq” Udmurtiya Azərbaycan İctimai Mərkəzinin və Udmurtiya Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşəbbüsi ilə əfsanəvi sahə müvəkkili, yazıçı Tofiq Haqverdi oğlu Kərimovun Rusiya Federasiyası Vilayət Daxili İşlər Nazirliyinin İjevsk şəhərində yerləşən inzibati binasınında xatirə lövhəsi – barelyefinin təntənəli açılış mərasimi keçirilmişdir.


Tofiq Kərimov milis orqanlarında 36 ildən çox fəaliyyət göstərmişdir ki, bunların 34 ilini Udmurtiyanın İjevsk şəhərinin Ustinovsk rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsinə həsr etmişdir. Podpolkovnik rütbəsinə çatmış və Udmurtiyada ilk və yeganə olaraq böyük sahə müvəkkili olmuş T.Kərimov saysız – hesabsız fəxri adlar, fəxri – fərmanlar və mükafatlara layiq görülmüşdür. Fenomenal yaddaşı sayəsində həmyerlimiz T.Kərimov işlədiyi mikrorayonun sakinləri haqda dərin bilgilərə malik idi. Yüksək peşəkarlığı və şəxsi keyfiyyətlərinə görə həmkarları və adı əbədi olaraq əfsanələşmiş Ustinovsk rayounun bütün sakinləri ona daim hörmət və ehtiram bəsləmişlər.

Tofiq Kərimov həmçinin Udmurtiyanın əməkdar jurnalisti, Rusiya Yazıçılar Birliyinin fəal üzvlərindən biri idi. Xidməti dövründə T. Kərimovun konkret cinayət hadisələrinə əsaslanan iyirmidən çox kitabı işıq üzü görmüşdür.

Təntənəli mərasimi Udmurtiya Respublikası Vilayət Daxili İşlər Nazirliyinin İctimai Asayişin Qorunması İdarəsinin rəis müavini S.Q. Kozlov açmışdır. Öz çıxışında S.Kozlov xatirə lövhələrinin açılışını Udmurtiya Respublikası Vilayət Daxili İşlər Nazirliyinin xoş ənənəsinə çevrildiyini qeyd edib. “Bu günkü hadisə təkcə hörmət və ehtiram nümunəsi deyil, həmçinin vətənpərvər gəncliyin yetişdirilməsi baxımından çox vacib bir məqamdır. Tofiq Kərimov kimi insanların xatirəsinin yaşadılması bizim borcumuzdur. ” – bu sözlərlə təntənəli mərasim işrikçılarına müraciət edən Sergey Kozlov T. Kərimovun ruhu qarşısında ehtiramla baş əydiyini bildirdi.

Xatirə Lövhəsinin təntənəli açılışında həmçinin Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Udmurtiya üzrə İdarəsinin rəisi polis polkovniki Aleksandr Nikitin, Udmurtiya Respublikası Daxili İşlər və Daxili Qoşunlarının Veteranlar Şurasının sədri, milis polkovniki German Sannikov, İjevsk şəhərinin Ustinovsk rayon administrasiyasının rəhbərinin müavini Vladimir Petuxov, İjevsk şəhər dumasının deputatı Bəhruz Hümmətov və RF Daxili İşlər Nazirliyinin Udmurtiya Respublikası üzrə İdarəsinin çoxlu sayda əməkdaşları və veteranları, Azərbaycan Diasporasının üzvləri, Tofiq Kərimivun qohumları və dostları iştirak etmişlər.

Çıxışını xatirə lövhəsinin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığının bildirməsi ilə başlayan “Dostluq” Udmurtiya Azərbaycan İctimai Birliyinin sədri Zülfüqar Mirzəyev hər bir azərbaycanlının Tofiq Kərimov kimi həmvətəninin olmasından qürür hissi keçirdiyini xüsusi qeyd edib.

Mərasimin yekun hissəsində Tofiq Kərimovun doğmaları və onu yaxından tanıyan insanlar da çıxış ediblər. T. Kərimovun qızı Olqa Kərimova atasının vəfatından sonra ailəsinə dəstək olan qohumlara və atasının keçmiş iş yoldaşlarına dərin minnətdarlığını bildirmişdir.

Xatirə lövhəsinin açılışına həsr olunmuş təntənəli mərasimə barelyef önünə gül dəstələrinin qoyulması və Tofiq Kərimovun ruhuna hörmət olaraq bir dəqiqəlik sükutla yekun vurulmuşdur.

 

Əlaqəli xəbərlər