Həbs xəbəri yayılan BDU-nun dekanı DANIŞDI

1542441576_1542437749_emir-eliyev.jpg

"Mən həbs edilməmişəm”.

Manevr.az xəbər verir ki, bunu bakupost-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüqüq fakültəsinin dekanı, professor Əmir Əliyev bildirib.

Ə. Əliyev deyib ki, bu, təxribatdır: "Həmin xəbəri "Talışo-Səda” qəzetinin xaricdə olan bir müxbiri yazıb. Bu, tamamilə təxribatdır”.

Qyed edək ki, bu gün sosial şəbəkələrdə BDU-nun hüquq fakültəsinin dekanı Ə. Əliyevin həbs edilməsi xəbəri yayılıb.

Xatırladaq ki, noyabrın 15-də Prezident İlham Əliyevin sərənсamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Bundan əvvəl mətbuatda A. Məhərrəmov və səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə məşğul olduğu, Madriddə dini tolerantlıq mövzusunda təşkil edilən tədbirlə bağlı bu ölkəyə səfər zamanı nümayəndə heyətinin olduğu təyyarəyə şərab çəlləkləri yüklədiyi barədə xəbər yayılıb. Eyni zamanda A. Məhərrəmovun Madriddə içkili vəziyyətdə tədbirə qatıldığı yazılıb. Məhz bu xəbərin yayılmasından az sonra A. Məhərrəmovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalanıb. BDU rektorunun vəzifəsindən azad edilməsindən sonra universitetdə prorektorların, dekanların vəzifəsindən azad edildiyi, həbslərin başladığı barədə də xəbərlər yayılmaqdadır.

Əlaqəli xəbərlər