Bakıda daha bir süpürgəçini maşın vurdu

1544074405_untitled-1-recovered.jpgBakıda süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Araz.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, "Bağırov” körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyada həkim nəzarətində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli xəbərlər