Dövlət Gömrük Komitəsinin Akademiyası İNCU ilə əməkdaşlıq edir

INCU-Logo.jpgBeynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU - The International Network of Customs Universities) Bakı Regional İdarəsi 23 may 2014-cü il tarixli qətnaməyə uyğun olaraq 2015-ci ildə yaradılıb. Bakı Regional Ofisinin rəsmi açılış mərasimi 2015-ci il sentyabrın 11-də keçirilib.
DGKA-dan Araz.az-a verilən xəbərə görə, həmin dövrdən Akademiya ilə INCU arasında qarşılıqlı əməkdaşlıq əlaqələri genişləndirilib. Yerli və beynəlxalq tələbələr, müəllimlər və gömrük mütəxəssislərinin iştirakı ilə beynəlxalq tələbə konfransları, seminarlar, mühazirələr, qış məktəbləri və bir sıra tədbirlər keçirilib.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbərliyi, o cümlədən əməkdaşları dəfələrlə Akademiyanın tələbələri ilə görüşüblər, müxtəlif mövzularda mühazirələr keçiblər.
Xatırladaq ki, bu ilin əvvəlində INCU-nun Katibliyinin rəhbəri Mixail Kaşubski və Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun əməkdaşı Qalina Fedotova Akademiyada INCU-nun "Qış məktəbi" təqaüd proqramı çərçivəsində təlim keçiblər.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi təhsil proqramlarının inkişafı və təbliği vasitəsilə gömrük peşəsinin akademik profilini yüksəltməyi, akademik və tətbiqi tədqiqatları təmin edən 200-dən çox üzv və filialın təmsil olunduğu beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinə üzvlüyü yenilənib.
Araz.az

Əlaqəli xəbərlər