“Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın?”

Eflatun Amasov“Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bildiyiniz kimi, bir müddət əvvəl Beynəlxalq Bank məsələsində bunu gördük”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əflatun Amaşov deyib.

Parlament üzvü bildirib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır:

“Belə olsaydı, bu cür hallar hesabata daxil olunmazdı. Bu da məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar. Bunu etməsək, inanmıram ki, Hesablama Palatasının təklifləri, araşdırmaları öz faydasını verə bilsin”.

Əlaqəli xəbərlər