"Təbii fəlakət və süni sanksiyalar girdabında..." - "Qələm" Yazarlar Birliyi bu mövzuda tədbir keçirdi

56803527_2220384484882814_4483241151674974208_o.jpgBu gün "Qələm" Yazarlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Ziyalılar Birliyinin ofisində "Təbii fəlakət və süni sanksiyalar girdabında..." mövzusunda tədbir reallaşıb.

“İslaminSesi” xəbər verir ki, "Qələm" Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə İrana qarşı sanksiyalar və humanitar yardımların göndərilməsində süni şəkildə yaradılan maneələr müzakirə mövzusu olub.

Tədbirdə öncə Qurani Kərim tilavət olunub.

Ardınca tədbiri giriş sözü ilə açan "Qələm" Yazarlar Birliyinin sədri, publisisit Qurban Cəbrayıl iştirakçıları və qonaqları salamlayıb.

Tədbirdə çıxış edən politoloq Hacı Hacağa Nuri qonşuluq və yardımlaşma prinsiplərindən danışaraq, bunu İslamın bəşərə bəxş etdiyi töhfə adlandırıb. Qarabağ muharibəsi zamanı, xüsusən də İranın İmişlidə məskunlaşan qaçqın və məcburi köçkün vətəndaşlarımıza etdiyi humanitar yardımları xatırladan keçmiş partiya sədri, bunu xalqlarımızın keçmişə dayanan dostluğu kimi dəyərləndirib. Hakimiyyətlər dəyişsə də xalqımız daima bir olub deyən Hacı Hacağa, iki dövlət arasındakı isti münasibətlərdən də danışaraq, daha da yaxın olacağımıza ümid etdiyini vurğulayıb.

Son təbii fəlakətlərdə həlak olanlara Allahdan rəhmət diləyən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Qərbin İrana qarşı yürütdüyü sanksiyaları antihumanist bir addım adlandıraraq, bunu saxta siyasət adlandırıb. İrandakı dövət və xalq birliyini önə çəkən natiq bunun İslamdan qaynaqlandığını söyləyib. O, iki ölkə xalqlarının ortaq tarixi, dini, mədəniyyəti, keçmişinin gələcək münasibətlərimizə də müsbət təsir göstərəcəyinə ümidlərini vurğulayıb.

Mövlud günləri ilə əlaqədar təbriklərini dilə gətirən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli iki xalqın keçmişə dayanan qardaşlığından danışıb və bunu dövlətlər arasında da körpü adlandırıb. İrana qarşı sanksiyalara münasibət bildirən Rövşən bəy, bunun bütün müsəlmanlara qarşı təzyiq olduğunu deyib.

Azərbaycan İslam Partiyasının funksioneri Hacı Elyar Nəzərli ilahi və bəşəri ədalət prinsiplərinin fərqinə işarə edərək imperialist siyasət yürüdənlərin insanları necə aldatmasından danışıb və hər kəsi ədalətli olmağa çağırıb.

Tədbirdə çıxış edən ilahiyyatçı Hacı Əfqan Muradov insanlıq və qardaşlıq prinsiplərindən söhbət açaraq bütün insanların yaradılışda qardaşlığını vurğulayıb.

Daha sonra Hacı Teymur Quliyev, Gülnarə İnanc, İradə xanım, Elmar Səmədov, Hacı Fəyyaz Nəbizadə və başqaları problemlərlə bağlı fikirlərini bölüşüblər.

Tədbir mövzu ətrafında diskussiyalarla davam etdirilib.

Əlaqəli xəbərlər