Şuşanın işğalının 27 ili və 373 kilometrlik məsafə...

susa uz

Bu gün Şuşanın işğalının  27 ili tamam olur;  Ermənistan silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq  üçün ən ağlagəlməz cinayətlərə əl atıblar

Bu gün Şuşanın işğalının  27 ili tamam olur.  Qarabağ xanlığının bünövrəsi 1750-ci ildə Pənahxan tərəfindən qoyulub. Xanlığın paytaxtı Şuşa elan edilib.

Rayon kimi yaranma tarixi - 08.08.1930

Ərazisi 0.29 min km2

Əhalisinin sayı 33484 (01.06.2017 statistikası )

Əhalinin sıxlığı - 1 km2 102

 Şuşa şəhəri ilə Bakı şəhəri arasında olan məsafə 373 km...

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qalıb.

1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü ildə dəyişdirilərək vilayətin mərkəzi Xankəndi seçildi. 1923-cü ildə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil edildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan - bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.

Hətta 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakertin tərkibinə qatıldı. Yalnız N.S.Xruşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.

***

Şuşa ile ilgili görsel sonucu

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı - Şuşa şəhəri artıq iyirmi yeddi  ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır. Düz iyirmi yeddi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları talan edilib, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti”  adlandırılan yerlər xarabazara çevrilib.

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər.  Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Ä°lgili resim

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyini, Dövlət xalça muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

***

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Azərbaycanın işğal altındakı Şuşa şəhərinə səfər edəcək.

Paşinyan şəhərin ermənilər tərəfindən işğalının 27-ci ildönümünü qeyd etmək üçün Şuşaya gələcək. Erməni KİV-i keçmiş prezident  Serj Sərkisyanın da həmin tədbirlərdə iştirak edəcəyini yazır. Hətta Paşinyan Şuşanın işğalı günü özünün indiyədək ən uzun mətbuat konfransını keçirəcək. Bu haqda özü sosial şəbəkədəki səhifəsində yazıb.  Yerli vaxtla saat 10:30-da başlayacaq mətbuat konfransının 6 saatadək sürəcəyi gözlənilir. Həmçinin onunla Sərkisyanın görüşü gözlənilir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Əlaqəli xəbərlər