XANIM RƏSSAMIN "BAKI BİR NAĞILDIR..." ADLANDIRDIĞI FƏRDİ SƏRGİSİ İYUNUN 25-DƏK DAVAM EDƏCƏK

mans230620190121.jpeg

25 yaşlı xanım rəssam Fatimə Ağayevanın "Bakı bir nağıldır..." adlandırdığı fərdi sərgisinin açılışı iyun ayının 22-də "Art Gallery" Bakı qalereyasında baş tutub və eksponatların təqdimatı iyun ayının 25-dək davam edəcək. Girişi sərbəst olan bu sərgiyə media nümayəndələri də dəvətlidir. Sərgi salonunda gənc rəssamın son vaxtlar portret, mənzərə, məişət və natürmort janrlarında yaratdığı, indiyədək heç bir yerdə təqdim olunmayan incəsənət əsərləri ilk gündən uğurla nümayiş etdirilir. "Bakı bir nağıldır..."dakı nağılabənzər ekspozisiyalı əsərlərin birbaşa keçmiş "Sovetski" və "İçərişəhər" məhəllələrinin müasir Bakı ilə müqayisəsini özündə əks etdirdiyi ilk baxışdaca özünü təsdiq edir. Bundan başqa, rəssamın düzəltdiyi və özünəməxsusluğu ilə fərqlənən bəzək-zinət əşyaları, müxtəlif suvenirlər və digər əl işləri də, bu qalereyada uğurla sərgilənir. Bütün bunlar ondan xəbər verir ki, rəssam xanım gənc olmasına baxmayaraq, rəngkarlıqla yanaşı, əl işləri sahəsində də çalışır.


1994-cü ilin oktyabr ayının 28-də Bakı şəhərində dünyaya gələn, 2014-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini, 2018-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsini bitirən, 2019-cu ildən isə, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Fatimə Adil qızı Ağayeva sərgidə iştirak edən araz.az-ın əməkdaşına və digər media nümayəndələrinə deyib ki, belə bir sərgini çoxdan sevimli bakılılara və çoxları üçün qiymətli doğma şəhərə həsr etməyi planlaşdırıb. Bu səbəbdən, sərgidə daha çox nağıllar dünyasını xatırladan əsərlərini nümayiş etdirir. Rəssamın insanı valeh edən Abşeron bağlarının, əsrarəngiz qədim İçərişəhərin, dolanbac yollarıyla məşhurlaşan köhnə Sovetskinin və müasir Bakının rənglərlə əsərlərində əbədiləşdirdiyi mənzərələri, bu səbəbdən, bu sərgiyə gələn hər kəs üçün daha maraqlı olur.

araz.az.

Əlaqəli xəbərlər