Sərdar Cəlaloğlunun bacısı oğlu həbs edildi – “Antalya Mehman”ın adı keçən iş

1488698053_1488666620_17140877_10207139012308413_636626240_n-300x187.jpg

Hədə qorxu ilə pul tələb etməkdə ittiham edilən jurnalistlər hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistlər Mirkənan Seyidov və Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Hər iki şəxs onlara qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu bildiriblər. Qeyd ediblər ki, zərərçəkmiş “Antalya Mehman” ləqəbi ilə tanına Mehman Həsənovdan pul tələb etməyiblər.

Təqsirləndirilən şəxslər qeyd ediblər ki, “Antalya Mehman” Bakıda əxlaqsız yuvalar işlətdiyi üçün barəsində cinayət işi açılıb və hazırda həbsdədir.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Mirkənan Seyidov 5 il, Cəlal Məmmədov isə 5 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və onlar məhkəmə zalından qandallanıblar.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

“Antalya Mehman”ın adı mətbuata başqa cinayət işlərindən də tanışdır. Belə ki, daha əvvəl də jurnalist Fikrət Fərəməzoğlu və daha bir neçə jurnalist “Antalya Mehman”ın şikayəti əsasında həbs edilmişdi.

O şikayətində bildirirdi ki, jurnalistlər onun rəhbərlik etdiyi massaj salonlarından reportajlar hazırlayaraq onu əxlaqsızlıq yuvalar saxlamaqda şantaj edərək pul alıblar.

Bu işdə diqqət çəkən məqam budur ki, “Antalya Mehman”ın şikayətində sonra jurnalistlər həbs edildib. Daha sonra isə onun özünü həbs ediblər.

Maraqlıdır ki, “Antalya Mehman” əxlaqsız yuvalar saxlamaqda ittiham edilərək saxlanılıb. Onun barəsində cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Təqsirləndirilənlərdən bakunews.az saytının baş redaktoru Mirkənan Seyidov ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.

“Antalya Mehman” məhkəmədə ifadə verərkən Mirkənan Seyidov bağışladığını, Cəlal Məmmədova isə ağır cəza təyin edilsin istəmişdi.

Əlaqəli xəbərlər