Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Cefer-ceferov.jpgDünən Masallı Rayon Məhkəməsində “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə növünə keçirilməyi barədə ərizəsinə baxılıb.

Azərbaycan Respublikası Cəzalarının İcrası Məcəlləsinin 70-ci maddəsinin 70.1-ci bəndinə əsasən ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.

Azadlıqda olmasına baxmayaraq məhkumluq həyatı tam bitməyən "Asiya.az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov da bu hüquqdan yararlanıb. Belə ki, Cəfər Cəfərov Masallı rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 10 ay müddətinə nəzarət etmək üçün Ədliyyə Nazirliyi İcra və Probasiya idarəsinə verilib.

Asiya.az xəbər verir ki, Cəfər Cəfərov dünəndən etibarən cəza çəkdiyi 11 saylı məntəqə tipli CÇM-dən azad edilib. Bundan sonra onun cəzasından qalan 10 ay müddətə Masallı Rayon İcra və Probasiya şöbəsi nəzarət edəcək.

Qeyd edək ki, "Asiya.az"-ın baş redaktoru 4 mart 2015-ci il də Masallı Rayon İcra başçısı Rafil Hüseynovun sifarişi ilə BMCMİ tərəfindən saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 182.2.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 6 il azdlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildi. C.Cəfərov 25 yanvar 2019-cu il tarixindən etibarən cəzasını Masallı rayon 11 saylı MTCM-də çəkirdi.

Əlaqəli xəbərlər