Mətbuatın “qara günü” kampaniyası - Foto

metbeeqezet

Avstraliya qəzetləri “qara gün” kampaniyası keçirib.

Reyting.az “EuroNews”-a istinadla xəbər verir ki, bu, mətbuat azadlığına qoyulan yeni qadağaya etirazdır.

Hökumət məxfiliyin yayılmasını bəhanə gətirib. Qadağa təkcə çap mediası ilə məhdudlaşmır, ölkənin bütün televiziya kanallarına şamil olunub.

"Məlumat əldə etmək" haqqına qadağa Nyu-Yorkda işləyən telemüxbirin evinə basqından bir neçə ay sonra qüvvəyə minib. Onun işlədiyi “ABC” televiziyası Əfqanıstanda bir əfqan kişinin və 6 yaşlı oğlunun Uruzgan əyalətində Avstraliya əsgərləri tərəfindən öldürüldüyünü göstərən bir sıra məxfi sənədləri ortaya çıxarıb.

Bundan başqa, mətbuatda vətəndaşların gizlicə izlənməsi ilə bağlı bir hesabat dərc edilib.

Mətbuatın “qara günü” kampaniyası

Əlaqəli xəbərlər