Fazil Qurbanovun son akkordları

fazil-qurbanov.jpgRusiyadakı Azərbaycan diasporu uzun müddətdir ki, yarımcandır. Onun bu hala düşməsinin izahı, hətta səbəbkarları da var. Belə acınacaqlı vəziyyətə görə ən çox təcrübəsizliyi, bəlkə də səfehliyi, ola da bilsin ki, savadsızlığı ucbatından dırnaqarası diaspor rəhbərləri məsuliyyət daşıyır. Məhz onlar bir zamanlar nüfuzu olan diaspor təşkilatlarını iflasa uğratdılar. Diasporun indiki durumusa can verən xəstə orqanızmi xatırladır.

Əslində Azərbaycan diasporunun “xəstəliyə yoluxması” bir neçə il öncə baş versə də, ancaq o mərəzə tab gətirəcək insanı xatırladırdı. O vaxt bu canın xilası üçün cərrah müdaxiləsinə ehtiyac var idi. Onda heç kimin ağlına gəlməzdi ki, bu orqanızmi sağ ikən torpağa tapşırmaq mümkündür. Onu da heç kəs təsəvvürünə gətirməzdi ki, qəbirqazan rolunu Azərbaycan iqtidarı tərəfindən diasporun dirçəlişi üçün təyin edilən insan ifa edəcək.Həm də görünməmiş məharətlə!     

Фазиль Курбанов / фото из открытых источников

Həqiqətən də öz soydaşlarına hədsiz nifrəti olan insan diasporu bu duruma sala bilərdi. Bu durumun səbəblərini araşdırsaq millətinə qarşı laqeydlik və daha başqa motivlərə də rast gəlmək olar.

Bir çox mənbələrdə Rusiyada iki milyona yaxın azərbaycanlının yaşadığı deyilir ki, onların yarıdan çoxu Moskvada yaşayır. Sözsüz ki, bu sayda insanın taleyi həm Rusiya, həm də Azərbaycan hakimiyyətini maraqlandırmaya bilməz. Bir qayda olaraq ölkə hüdudlarından kənarda insan potensialı olan dövlətlər diaspora xarici-siyasi və iqtisadi resurs kimi baxırlar. Və bu sahədə anlaşılmazlığın olmaması üçün Azərbaycan və Rusiya 2001 ci ildə səylərini birləşdirərək  Ümumrusiya Azərbaycan Konqresini yaratdılar. Sözügedən təşəbbüsün müəllifləri isə Vladimir Putin və Heydər Əliyev oldu. Lakin 2017 ci ildə Ədliyyə Nazirliyinin müraciəti əsasında Rusiya Federasiyasının Ali Məhkəməsi ÜAK adlı diaspor təşkilatının ləğvini qüvvədə saxladı. Bu qərara o zaman hələ diaspor üçün aktuallığını itirməyən ÜAK ın cəmisi yarım ilə yaxın rəhbəri olmuş Fazil Qurbanov qəti etirazını bildirmişdi.  Öz həmkarlarına ünvanlanmış bəyanatında Qurbanov  təşkilatının ləğv edilməsinə gətirən səbəbləri “texniki xarakterli kiçik qüsur” adlandırırdı. Ancaq məhkəmənin qərarı tamam əksini sübut edirdi. Hər kəsə məlum idi ki, ÜAK dəfələrlə Rusiya qanunvericiliyini pozmuş və Bakıdan idarə olunan “boz şirkətə” çevrilmişdi.

Lakin Fazil Qurbanov Rusiyanın Ədliyyə Nazirliyini günahlandırır və sözügedən dövlət instansiyasının azərbaycanlılalara münasibətədə qərəzli olduğunu sübut etməyə çalışırdı.

Fazil Qurbanov: “Rusiyanın Ədliyyə Nazirliyi 4 ay müddətində hər dəfə onların iradlarının əsassız olduğunu sübut etdiyimizdə təşkilatımızla (ÜAK) bağlı yeni qüsurları tapmağa çalışırdılar. Bu münasibət onu sübut edir ki, Ədliyyə Nazirliyinin əsas məqsədi təşkilatın sənədlərinin qaydaya salınmasında yardım etmək yox, əksinə, hər cür yolla böyük bir xalqın təşkilatını ləğv etmək tapşırığını yerinə yetirmək olub”.    

Fazil Qurbanov 16 il fəaliyyət göstərmiş təşkilatın 5 ay ərzində, məhz onun rəhbərliyi dövründə ləğv edilməsi faktını, yuxarıdakı sətirlərdən də aydın olduğu kimi, Rusiya azərbaycanlılarına qarşı çalışan naməlum ekstremist qüvvələrin üzərinə atırdı. Və cənab Qurbanov ona “narahatlıq yaratmış” Rusiyanın qanunvericilik və dövlət orqanlarının ekstremist qüvvələrin təsiri altına düşməsi fikrində idi.  

Fazil Qurbanov: “Hesab edirəm ki, Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı zərərlidir. Rusiya Federasiyasının addımları Rusiya azərbaycanlılarına qarşı son dövrlərdə baş qaldırmış müxtəlif cür ekstremist qüvvələrlə əlaqəlidir. Yerli və regional təşkilatların rəhbərlərinə üzümü tutaraq, belə vəziyyətdə sabitliyi qorumağı, ekstremist qüvvələrin təxribat xarakterli hərəkətlərinə fikir verməməyi tövsiyə edirəm”.

Rusiyanın Ədliyyə Nazirliyinin saytında Rusiyada milli məsələlərlə məşğul olan hər bir ictimai təşkilatın vətəndaşların milli özünəməxsusluq, ana dili və onun inkişafı, təhsil, milli mədəniyyət və milli maraqlarını qorumaq məqsədilə yaradılması haqda yazılıb. Sənəd üzərində yazılan bu maddələrə əksər diaspor liderləri öz fəaliyyətlərilə riayət etmirlər. Bəzən olur ki, diaspor rəhbəri mənsub olduğu dövlətin rəsmi strukturlarının tapşırıq və təlimatlarını yerinə yetirməyə aludə olur. Deyilənlərə bariz nümunə kimi Fazil Qurbanovun adını çəkmək olar. Məhz cənab Qurbanov yerli-yersiz  Azərbaycan prezidentinin qohumu olması faktı ilə manipulyasiya edir. Onun Azərbaycan iqtidarının lobbiçisi olması o həddədir ki, cənab Qurbanov bu faktın əslində ona zərər gətirməsinin fərqində deyil. Bəllidir ki, Fazil Qurbanov rüşvətxorluq və qohumbazlığı yaratdığı rejimin özəlliyi hesab etməkdən çəkinmir.

Amma Qurbanov anlamaq istəmir ki, 90 cı illərdə onun soydaşlarının Vətənlərini tərk etməsinə səbəb ağır sosial-iqtisadi durum olub. Daha dəqiq desək, miqrantların əksəriyyəti Azərbaycan iqtidarına incik kəslərdir ki, ölkələrindəki işsizliyə görə məhz hakimiyyətə iradlıdırlar. İndi Fazil Qurbanov kimilərin dırnaqarası fəaliyyəti diasporda belə bir fikrin yaranmasına səbəb olub: “Azərbaycanlılar Bakıdan getsələr də, Bakı Rusiya azərbaycanlılarını azad buraxmaq istəmir”. 

Hər halda Bakıdan alınacaq təlimatla qurulacaq və digər dövlətdən idarə ediləcək təşkilat avtomatik olaraq siyasi alətə çevrilmiş olacaq ki, bu həm Rusiya azərbaycanlılarının maraqlarına, həm də Rusiya Federasiyasının qanunvericiliyinə ziddir. Fazil Qurbanovun Bakıdan idarə ediləcək təşkilatla diasporu nəzarətdə saxlmaq xülyası həm də gerçəkləşməyəcək bir missiya təsəvvürü yaradır.    

Rusiya azərbaycanlıları həm də bu missiyanın icraçısı olan insana etibar etmir. Diasporda Fazil Qurbanovun nüfuzu yoxdur, “alim”in nailiyyətlərindən də millət xəbərdar deyil. Onu tanıyanlarda isə cənaq Qurbanovun şəxsiyyəti, elmi karyerası, ictimai fəaliyyəti suallar doğurur. Azərbaycan diasporundakı mənbələrəmizin verdiyi məlumata görə öz “elmi” naiiliyyətlərini  cənab Qurbanov prezident ailəsi ilə qohumluğu sayəsində əldə edilib. Prinsipcə sonuncunun prezidentə qohum olduqdan sonra Azərbaycan Milli Akademiyasının həqiqi müxbir üzvü siyahısına daxil edilməsi faktı da deyilənlərin həqiqiliyinə dəlalət edir. Rusiya elmində isə “akademik” Qurbanovun nailiyyətləri haqda önəmli və əhəmiyyətli heç nəyə rast gəlinmir. İnternetdə onun ilk  elmi məqaləsinin yazıldığı tarix kimi 1990 cı il göstərilib. Ancaq bu elmi işi də “alim” müstəqil görməyib ki, elmi iş məşhur rusiyalı alim Aleksandr Çernousovla birgə yazılıb. Yəqin, razılaşacaqsız ki, belə kasad “şəxsi kitabxana” sı olan “alim” əsil akademik adına layiq ola bilməz.       

75 illik ömrü boyu ictimai sahədə və xüsusən də diasporda əməli fəaliyyətilə fərqlənməyən, Azərbaycan diasporuna tanış olmayan birisinin son illər görünən fəallığı həm də məntiqli görünmür və haqlı suallar doğurur. Saxta mətbuat təmsilçiləri Qurbanovun dırnaqarası fəallığını diaspordakı problemləri aradan qaldırmaq niyyəti ilə əlaqələndirə bilərlər, amma bu fəallığın kökündə bir qədər öncə qeyd etdiyimiz Əliyevlərə qohumluq amilinin dayanır.

Zənn etmək olar ki, Azərbaycan höküməti məhz “yaşlı cərraha” diasporu bir damın altına “yığmağı” tapşırıb. Prinsipcə Qurbanov özü də ona olan etimadı gizlətmir ki, əksinə xidmətini Azərbaycan iqtidarına dəstək xarakterli təbliğatı nitqlərilə doğrultmağa çalışır.  

 

Fazil Qurbanov: “Biz sadəcə başa düşməliyik ki, Azərbaycan siyasi rəhbərliyinin, şəxsən İlham Heydəroviçin gördüyü işləri informasiya axınına çevirib Rusiya ictimaiyyətinə istiqamətləndirmək lazımdır. Rusiyada yaşayan hər bir azərbaycanlı bu informasiya axınına dəstək verməlidir. Bu istiqamətdə bizim görəcəyimiz iş və mövqe İlham Əliyevin fikirlərinə əsaslanmalıdır”.  

“İş”ə görə nə qədər verəcəksiz???

Fazil Qurbanov müxtəlif yollarla çalışır ki, Rusiyada hər hansı ictimai təşkilatı qeydiyyatdan keçirsin. Bu işin öhdəsindən gəldiyi təqdirdə o və komandası Bakıdan davamlı maliyyə yardımı alacaq. Belə ki, ÜAK ın ləğvindən sonra Qurbanov bir müddət “Rusiya azərbaycanlıları Liqası”nı qeydiyyatdan keçirmək istədi, amma alınmadı. İndi o “Rusiya azərbaycan təşkilatları Konfederasiyası”nı qanuniləşdirəmyə cəhd edir. Əldə etdiyimiz məlumata görə “akademik”ə hər ay Bakıdan şəxsi layihəsini həyata keçirmək üçün 10 milyon rubla qədər vəsait ayrılır. Müsahibələrindən birində o ictimai təşkilatın həm daxildən, həm də ölkə xaricindən maliyyələndirilə biləcəyini gizlətmir. “Xarici agent” nədir sualına isə Qurbanov üstüörtülü cavab verməyə üstünlük verir.   

 

Fazil Qurbanov: “Xarici agentlər ölkə xaricindən maliyyələndirilərək siyasi fəaliyyət göstərən təşkilatlar hesab olunur. Bu və digər təşkilatın siyasi fəaliyyətinin əlamətləri Rusiyanın müvafiq qanunları ilə təyin edilib. İstər nizamnamə, istərsə də faktiki, bizim təşkilat heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb” 

 

Qurbanov əslində ÜAK ın rəhbəri vəzifəsinə təyin edildikdən sonra Azərbaycan hakimiyyəti ilə diaspor arasında elə qarşılıqlı münasibət mexanizmi qurmalı idi ki, bu münasibətlər xarici dövlətin Rusiyanın daxili işinə müdaxiləsi kimi qəbul edilməyəydi. Amma məlum olduğu kimi Qurbanov bu işin öhdəsindən gələ bilmədi.  

 

Köhnə komanda

Azərbaycan diasporu monolit və həmrəy deyil. Niyə? Balıq başdan iylənər, deyirlər. Deməli ki, günahkarları da ictimai təşkilatların rəhbər strukturunda axtarmaq lazımdır. Azərbaycan diasporundakı mənbələrimizin verdiyi məlumata görə Qurbanov azərbaycan diasporunu iflic vəziyyətinə salmış ÜAK dan qalma kadrlardan ibarət komanda ilə işləyir. Məhz həmin komanda, konkret desək, ÜAK ın icra apparatı təşkilatı rüşvətxor qrupun “boz şirkət”inə çevirib. “Cib təşkilatı” na gedən yolda haqqında danışdığımız köhnə komanda şəffaflıq və qanun tələb etməklə onlara mane olan bütün  kadrları təşkilatdan uzaqlaşdıra bilmişdi. ÜAK ın ləğvinin baiskarı da bu komanda oldu. Məhz onun destruktiv və qanundankənar fəaliyyəti Rusiyanın Ədliyyə Nazirliyinə ÜAK – ı ləğv etməyə əsas verdi.   

Fazil Qurbanovun ideoloji iş üzrə hər iki müavini, İlqar Hacıyev və Kamran Rüstəmov  Azərbaycan vətəndaşlarıdır. Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətinin (RAFMMM) regionlardakı təmsilçilərinin “verbovka” işinə də məhz bu iki şəxs baxır. Onlar Rusiya vətəndaşlarını müxtəlif yollarla Qurbanovun qeyrileqal və qeydiyyatdan keçməyən müxtəlif adlı təşkilatlarına keçməyə inandırmağa çalışırlar. Bu işdə hər iki Azərbaycan vətəndaşına Rusiya vətəndaşı, Udmurtiya Respublikasının sakini Yaşa Öküməli oğlu Paşayev yardım edir. Əlimizdə Yaşa Paşayevin onun Fazil Qurbanovun təhlküəsizlik xidmətinin rəhbəri olması və bu xidmətə görə Bakıdan təlimat aldığını təsdiqləyən səs yazıları var. Səs yazısında o bildirir ki, Bakının müvafiq dairələrinin göstərişi ilə hərəkət edir və Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətindən Qurbanovun neleqal strukturuna azərbaycanlıların  “transferi” işinə cavabdehlik daşıyır.

Məhz Yaşa Paşayev neleqal qruplaşmanın lideri Fazil Qurbanovu və Azərbaycan iqtidarını təbliğ edən vatsap qrupa moderatorluq edir. O Fazil Qurbanova beyət edən regional diaspor rəhbərlərinə Azərbaycan Respublikası tərəfindən medal və ordenlər vəd edir.  

Niyə Fazil Qurbanov RAFMMM ın fəaliyyətinə maneə törədir və onun üzvlərinin “ovu”na çıxıb? Yəqin ona görə ki, məhz RAFMMM Rusiyada hakimiyyət tərəfindən tanınan təşkilatdır. Başqa sözlə Qurbanov bu təşkilatı ələ keçirməklə öz işini leqallaşdırmaq istəyir. RAFMMM Rusiyada azərbaycanlıların yeganə legitim federal ictimai təşkilatıdır. Onun rəhbəri Vladimir Putinin etibarli nümayəndəsi olmaqla bərabər faktiki Rusiya prezidenti yanındakı millətlərarası şuranın üzvüdür.

Bu ilin mart ayında Azərbaycanın saytlarından birinə müsahibə verə Fazil Qurbanov, lovğalanaraq ona Rusiyanın 70 subyektindən diaspor təşkilatları rəhbərlərinin dəstək verdiyini demişdi. Sözsüz ki, 70 rəqəmi 10 dəfə böyüdülmüş rəqəmdir. “Akademiki” ən yaxşı halda Rusiyanın 7 regionunda tanıyırlar ki, o da mənfi tərəfdən.  

Fazil Qurbanov: Bu gün Rusiyada çoxlu diaspor təşkilatları, mədəni-maarif birlikləri var. Ancaq əfsuslar olsun ki, vacib və taleyüklü məsələlərlə bağlı bu təşkilatlar arasında koordinasiya yoxdur. Biz gərək ki, şəxsi iddialarımızdan əl çəkib əməkdaşlıq etməli, öz səylərimizi birləşdirməli, birgə tədbirlər keçirməli, yaranmış suallara birgə cavab axtarmalıyıq”. 

 

Yaxşı olardı ki, şəxsi iddialarından  ilk növbədə cənab Qurbanov imtina edəydi, problemlərə və soydaşları narahat edən məsələlərə də fərqli baxışı o nümayiş etdirəydi. Hələlik Qurbanovdan ancaq Azərbaycan prezidentinə yaltaqcasına təkrar – təkrar minnətdarlıq nitqlərini eşidirik. “İşıqlı gələcək”, “yaşadığı yerdən aslı olmayaraq bütün azərbaycan xalqı adından” kimi məsuliyyətsiz fikirlərdən başqa Qurbanov heç nə ilə yadda qalmır.  

Son söz Rusiyanındır!

Öncə ləğv edilmiş Konqresin “elitası”nın, - 10 nəfərdən ibarət kollektivin 2017 ci ilin yanvarından etibarən Moskvadakı “Aerostar” otelindəki qərərgahları ilə nəyin hesabına mövcudluğunu araşdırmaq lazımdır. Rusiyanın güc sturkturlarının bu qruplaşmanın destruktiv fəaliyyətilə maneə olmaması da sual doğurur.

Fazil Qurbanov və onun kədərli tarixçəsinə daha nə əlavə etmək olar? Azərbaycan diasporu hərcmərcliyin qurbanıdır, daha dəqiq desək, bir qoca və yorğun insanın kaprizlərinin qurbanına çevrilib. Bir zamanlar monolit olan təşkilatın dirçəlişi şübhəlidir. Hər halda möcüzələr nadir hallarda baş verir.

Aydındır ki, müasir dünyada çoxsaylı təşkilati, ideoloji, hüquqi və maliyyə məsələlərin öhdəsindən ancaq gənc, enerjili, işqabiliyyətli, intizamlı və vicdanlı, gündəmdə olan və kollektivdə və kollektivə  işləməyi bacaran insan gələ bilər. Azərbaycan diasporunda ümid edirlər ki, Fazil Qurbanov özündə müdirklik və cəsarət tapıb, yolu daha gənc soydaşlarına verib gedəcək.  

Hər bir şəxs həyatında nə vaxtsa getmək gaqda qərar verməli olur.  Öz reputasiyasına zərbə vurmaqla  dpomino prinsipi ilə bütün azərbaycanlılara təsir etmiş Qurbanovun ardıcıl uğursuzluqlardan sonra diasporla vidalaşmağı oluqca aktualdır. Qurbanov  öz iddialarınını əsiri olduğu dövrdə Moskvada elm və mədəniyyətdə, biznes və idmanda, ictimai – siyasi sahədə əsil peşəkarlar gənclər formalaşıb.Məhz gənc nəsil öz millətinin imic potensialını artıra, vətənpərvərlik layihələrini inkişaf etdirib dərinləşdirə, bütün azərbaycanlıları əhatə edəcək yeni ideyalarla çıxış edə bilər.

Справа от «академика» идеолог группы Камран Рустамов / фото из открытых источников

Яша Пашаев. Частый гость Посольства Азербайджана в России / фото из открытых источников

 

Əlaqəli xəbərlər