Avropa Şurası Azərbaycan mediasında gender bərabərliyi ilə bağlı növbəti layihəyə başlayıb

30e862d8-c4eb-48f5-9966-f0f2295250ad_603.jpgBu gün Bakıda "Azərbaycan mediasında gender bərabərliyi və digər etikstandartların təşviqi" layihəsinin təqdimatı keçirilib.

Araz.az xəbər verir ki, 18 ay davam edəcək layihə Avropa Şurası tərəfindən 260 min avro maliyyə ayrılıb.

Layihənin təqdimatında çıxış edən Avropa Şurasının Bakıdakı Ofsinin rəhbəri Səfir Zoltan Hernyes bildirib ki, icra ediləcək layihənin ümumi məqsədi Azərbaycan mediasında və media vasitəsi ilə gender bərabərliyi və digər etik standartları təşviq etməkdir. Belə ki, media sektorunda məşulluğun detallı statistikası da daxil olmaqla Azərbaycan mediasında genderə dail məlumat bazasının toplanması və Azərbaycan mediasında qadın mövzusunda tədqiqatın aparılması nəzərədə tutulub.

Səfir Zoltan Hernyes mediada gender bərabərliyinin təmin edilməsini və sahədə jurnalistlərin maariflənməsinin və beynəlxalq standartları nəzərə almaqla jurnalist materialları və informasiyaları hazırlamasının aktuallıq kəsb etdiyini bildirib.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, son illər Azərbaycanda Avropa Şurası və Avropa İttifaqı ilə birlikdə bir sıra layihələr həyata keçirilib.  O, Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumatlar verərək, bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb. 

Tədbirdə Avropa İttifaqının Nümayəndəliyinin, Əməkdaşlıq Ofisinin rəhbəri Simona Gatti layihənin əhəmiyyətinə toxunub. Bildirib ki, cəmiyyətdə gender məsələləri ilə bağlı problemlərin həll olunması istiqamətində birgə fəaliyyətin aparılmasına ehtiyac vardır.

Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov, Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli, BDU-nun jurnalistika fakultəsinin dekanı Vüqar Əliyev həmçinin layihənin rəhbəri Pərvanə Bayramova çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki,  cəmiyyətdə gender məsələləri ilə bağlı problemlərin həll olunması istiqamətində birgə fəaliyyətin aparılmasına ehtiyac vardır. Bu gün Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi bu ayihə Avropa Şurasının bu sahədə həyata keçirdiyi növbəti layihədir. 

Tədbir müzakirələrlə davam edib.

Mənbə: SalamNews

Əlaqəli xəbərlər