İnternat məzunundan bəzi mətbuat nümayəndələrinə sərt müraciət- Video

1573553301_images.jpg"Artıq tamah baş yarar" yaxşı demiş atalar.
Bu sözlər əbəs yerə deyilmir. Sayılı günlər öncə "DogruXeber.az" informasiya agentliyinin redaksiyasında internat məzunu olan fəal gənc Kazımlı Seymur Ağalar oğlu olmuşdur. Fəal gəncin redaksiyamıza pənah gətirməsi,şəxsi həyatında müəyyən çətinliklərin yaranması və yaranan problemi tək başına həll edə bilməməsi ilə bağlı olmuşdur.

Dərdini bizimlə bölüşən S. Kazımlı özü də məsələnin məsuliyyətini anlamadan bir neçə internat məzununa müəyyən məbləğ qarşılığında mənzil almaları üçün köməklik etmək istəmişdir. Təbii ki, bu işdə ona dəstək verənlərdə olublar. Amma,bu işin həyata keçməməsi bir sıra məzunun narazılığı ilə nəticələnmişdir. Məhz elə bu səbəbdən də hüquq-mühafizə orqanları məsələyə qarışıblar.

Beləliklə də işin araşdırılması üçün S. Kazımlı 3 ( üç ) ay müddətinə Kürdəxanıda müvəqqəti cəza çəkmə məntəqəsində saxlanılır. Araşdırma bitdikdən sonra isə S. Kazımlı azadlığa buraxılır. Azadlığa buraxılan Seymur, baş verənləri bizimlə bölüşür. Biz agentlik olaraq məsələ ilə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki,hadisədə zərər çəkmiş şəxslərə dəyilən zərər təmin olunmuşdur. Beləliklə də redaksiyamızın qonağı olmuş Kazımlı Seymur Ağalar oğlu bizə etdiyi müraciətin uğurlu nəticəsi olduğu üçün təşəkkürünü bildirir. Və agentliyimizdə gedən məlumatların dayandırılmasını bizdən xahiş etmişdir.

Agentliyimiz,şəxsin xahişini nəzərə alaraq gedən məlumatların dayandırılmasına razılıq vermişdir. Amma,bu yerdə yaxşı demiş atalar "sən saydığını say, gör fələk nə sayır". Belə ki,bu məsələlərdən təxminən on gün keçməsinə baxmayaraq, bir sıra saytlar agentliyimiz tərəfindən dayandırdığı yazı və video çarxı müəyyən maraqlar naminə növbəti dəfə gündəmə gətirirlər. Maraqlısı budur ki,niyyətlərində qızıl balıq arzu edən bəzi sayt rəhbərləri,internat məzunu olan Seymur Kazımlı ilə də telefon əlaqəsi saxlayıblar.

Məzunun bildirdiyinə görə zəng vuran şəxs onu Azərbaycan Nəşriyyatına dəvət edib və ona bu işdə kömək göstərəcəyini bildirib. Təbii ki,bu niyyətinin baş tutmasına problem yaradan məzun,bildirib ki,mən artıq "DogruXeber.az" informasiya agentliyinin köməyi ilə düşdüyüm çətinliyin həllinə nail olmuşam. Bu sözləri həzm edə bilməyən "zurnalist", agentliyimizin digər agentliklərdən aşağı olduğunu və fəaliyyətimizin başqa saytların fəaliyyətindən zəif olduğunu bildirib. Təəssüflər olsun ki,istəyi baş tutmayıb və fəal gənc S. Kazımlıdan isə laiqli cavab almışdır.

Odur ki,bəzi sayt rəhbərlərinin diqqətinə bir atalar sözün çatdıraq ki,bəlkə nəticə çıxararlar. "Qonşunun iki inəkli olmasını istə ki,sənin də bir inəyin olsun."

Əlaqəli xəbərlər