DİQQƏT, GÜNEY AZƏRBAYCANA! - ÇAĞIRIŞ

iran iqtisas

Əziz həmvətənlər! Hamı bilir ki, Güney Azərbaycanda fars molla rejimi, artıq, xalqımıza odlu silahlardan atəş açır. Günahsız qardaş və bacılarımız qətlə yetirilir. Bizsə...

DİQQƏT, GÜNEY AZƏRBAYCANA! - ÇAĞIRIŞ



...1990-cı ilin qanlı 20 Yanvar faciəmizi yada salaq: Rus qoşunları qan tökəndə güneyli qardaşlarımız haray çəkib, səsimizə səs verdilər. Hətta teletransilyasiya ilə köməyimizə çatdılar. Di gəl ki, biz, hələ də güneyli qardaşlarımıza kömək əli uzadıb, onlara dəstək ola bilmirik. Göz görə-görə milli qanımız tökülür, bizsə, hələ də susuruq! Nədən, onlarla bərabər olmayaq?!

DİQQƏT, GÜNEY AZƏRBAYCANA! - ÇAĞIRIŞ



Helikopterlərlə dinc aksiya keçirən qardaş-bacılarımızı qıranların görünməyən vəhşilikləri adamı dəhşətə gətirir. Biz, quzeyli azərbaycanlılar isə, yenə də susuruq?! Ulu Yaradana da xoş gedər ki, hamı bir nəfər kimi Güney Azərbaycanımızın harayına qoşulaq, ayağa qalxaq və qəddar fars molla rejiminin vəhşiliklərinə dur deyək! Bu, bizim vicdan borcumuzdur!

Şirin Cəfəri

Əlaqəli xəbərlər