İrandaki aksiyalarla bağlı qorxunc iddia - "251 nəfər öldürülüb, 7 min nəfər nəzarətə götürülüb, 3,7 nəfər yaralanıb..."

iran-igtisas-22.jpgBir neçə gündür İranda davam edən etiraz aksiyaları qismən dayansa da hadisələrdə öldürülən və yaralanan insan sayına dair xəbərlər səngimək bilmir. Eurasia Diary “Haber7“ə istinadla xəbər verir ki, İranda yanacağın qiymət artımından sonra etirazlar davam edir. İran Milli Müqavimət Şurası etirazlarda 251 nəfərin öldüyünü, 3,7 mindən çox insanın yaralandığını, 7 mindən çox adamın isə nəzarətə alındığını iddia edib.

İran mediası isə İran hökumətinə istinadla bu rəqəmlərin həqiqəti əks etdirmədiyini açıqlayıb. Açıqlamada deyilib ki, hökumət tərəfindən təsdiq edilməyən hər hansı bir itki spekulyativ və etibarsızdır. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada İranda baş verən etirazlar ilə bağlı İran hökumətini şəffaf olmamaqda ittiham edib. Dövlət katibi Mayk Pompeo isə mətbuat konfransında ABŞ-ın İrandakı etirazları yaxından izlədiyini söyləyib.

sputnik.az

Əlaqəli xəbərlər